Bizimsesimiz.info  // Separatçı terror təşkilatı PKK/PYD-YPG 19 ölkədən silah alır.

Suriyanın Afrin bölgəsində davam edən Zeytun Budağı Hərəkatında Türkiyə Silahlı Qüvvələrinə aid bir tankın PKK/YPG-li terrorçular tərəfindən raketlə vurulub.

Bir daha təsdiq olunur ki, terror təşkilatı Suriyada silahlarını Amerika Birləşmiş Ştatları və çoxmillətli koalisiyaya üzv 19 ölkədən alır.

Bu silahlar taktiki və strateji olaraq ikiyə ayrılır. Taktiki silahlar terror təşkilatı DAEŞ-lə mübarizədə, strateji olanlar isə Türkiyəyə qarşı istifadə edilir.

İz azdırmaq üçün bu mürəkkəb silah sistemlərinin üzərindən istehsalçı ölkə və şirkətlərin seriya nömrələri silinir. Ona görə həm tədarükçülərini tapmaq çətinləşir, həm də terrorun miqyası günbəgün artır.

Terror təşkilatı Afrindəki TSQ tankına qarşı hücumda ATGM (antitank guided weapon) istifadə edilib. Silahların mənşəyi terrorçuların bunları necə əldə etdiyi, onlara hansı məqsədlə verildiyi və istifadəsinə imkan verildiyi reallığını ortaya qoyur.

Araşdırma zamanı məlum olub ki, bu gün Suriyadakı PKK/YPG-nin əlində 19 ölkədən silah var ki, onların arasından Rusiyanın “9m133 Kornet”, Fransa-Almaniyanın birgə istehsalı “Milan”, ABŞ-ın “TOW” və İsveçin “AT4” (tankvuran) silahları xüsusi yer tutur.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here