TƏCİLİ: Rusiya Azərbaycanı kiril əlifbasına keçməyə çağırdı
Bizimsesimiz.info // Rusiya təhsil və elm naziri Olqa Vasilyeva MDB məkanında vahid şriftə keçməyi təklif edib.
Avropa.info xəbər verir ki, SSRİ-nin çöküşündən sonra Türkmənistan, Azərbaycan kiril əlifbasından latın əlifbasına keçib. Qazaxıstan hakimiyyəti isə 2025-ci ildən latın əlifbasına keçəcəyini bildirib.
“Son 10 ildə şriftlərin latınlaşdırılması və ərəbləşdirilməsi böyük müzakirə mövzusu olub. İndi biz MDB məkanında vahid şriftə keçməlidir – bu şrift kiril şriftidir. Əhalimiz arasında və yaxın xaricdə keçirilən sorğu kiril şriftinin vacibliyini və ona bağlılığın olmasını göstərir” – o, bu barədə III Livadiy forumunda çıxış edərkən danışıb.
Vasilyeva qeyd edib ki, Rusiya kiril şriftinin yayılmasında qəti mövqe göstərməlidir.