Vətəndaşların iş axtararkən müraciət etdikləri ünvanlardan biri də internet üzərindən paylaşılan iş elanlarıdır. Müxtəlif iş elanlarina rast gəlinən bu saytlarda diqqət çəkən məqamlardan biri işəgötürənin istəkləri ilə verdiyi maaşın arasındakı fantastik fərqdir. Çox az məvacib müqabilində işçidən az qala beynəlxalq təcrübə tələb olunur. “Xəzər Xəbər” məsələni araşdırıb.

Tələblər yüksək, əmək haqqı isə aşağı. Bundan əziyyət çəkən isə işaxtaranlardır. Elan saytlarında işəgötürənlərin tələbləri ilə təklif etdikləri maaş tərs mütənasiblik təşkil edir.. Məsələn, əgər vətəndaş satış üzrə təmsilçi çalışmaq istəyirsə, ali təhsilli olmalı, ən az iki xarici dil bilməli, üstəlik 1 ildən 3 ilə qədər iş təcrübəsinə sahib olmalıdır. Bütün bu tələblərin müqabilində isə şəxsə 200 manat əməkhaqqı təklif olunur.

Ofisant işi.. Əmək haqqı 200-400 manat arasında dəyişir. Tələblər isə sanki yüksək vəzifəyə təyin olunan şəxs üçündür.. İşə götürülən azərbaycan dili ilə yanaşı, rus və ingilis dillərini də bilməli, 3 il iş təcrübəsinə və xoş görünüşə malik olmalıdır… Bu meyarlara cavab verən birinin 200 manata ofisant işləməsi nə dərəcədə realdır?!

Gəncədə təklif olunan bir iş elanında isə sıravi satıcının əlavə dil bilməsi əsas şərtlərdən biri kimi irəli sürülüb. Əmək haqqı isə 200 manat təşkil edir..

Bir başqa iş elanında isə hətta elektrik işi üçün belə ali və ya orta təhsil , üstəlik rus dilini bilmək tələb olunur..

Belə iş elanları sosial şəbəkə istifadəçilərində də qıcıq yaradır. Ekspertlərin fikrincə, əmək bazarındakı vəziyyət iqtisadi durum, bazarda olan işçilərin sayına və tələbatın artıb-azalmasına görə dəyişir.

İnsan resursları üzrə mütəxəssis Saleh Həsənov deyir ki, az maaşla işçi çalışdırmaq əslində şirkətin uzunmüddətli inkişafına xidmət etmir.

Hər halda keyfiyyətli iş tələb edən müəssisə işçisinə verdiyi əməkhaqqını da buna uyğun tənzimləməlidir.. Az məvacib alan və bunun qarşılığında motasivasiyasız çalışan işçilərlə irəliləyişə nail olmaq qeyri-mümkündür.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here