Təşəkkürlər Türkiyə, təşəkkürlər sayın Ərdoğan!

Qardaş Türkiyə Cümhuriyyətinin başqanı Rəcəb Tayyib Ərdoğan növbəti dəfə dünya ictimaiyyətinə haqqın səsini eşitdirdi. Dünyanın zülm və istismarçı düzən sahiblərinin qarşısında insanlığın tənəzzülü, ədalətsiz gücün yer üzünü böyük təhlükə qarşısında qoyması və yüz minlərlə, milyonlarla insanların kütləvi qətlindən danışıb, ələlxüsus İslam dünyasına, müsəlmanlara qarşı olan basqı və zülmü anladaraq kəskin etirazını Birləşmiş Millətlər Təşkilatının tribunasından bildirdi.

Qardaş Türkiyə Cümhuriyyətinin başqanı Qarabağın, Fələstinin, Arakanın bütün müsəlmanların, bütün əzilənlərin, istismar edilənlərin problemini səsləndirməklə bu gün bizim ümmət olaraq Birlik, Bərabərlik və Qardaşlıq ruhu içində bir birimizə kilitlənməyimizin nə qədər əhəmiyyətli olduğunu haqlı olaraq cəsarətli nitqi ilə içimizdə olan hələ də haqqı anlayıb amma qəbul etməyənlərə çatdırdı.

Hər addımında Azərbaycanın Qarabağ məsələsini uca səslə dünyaya çatdırıb, Azərbaycana dəstək verən bir qardaş dövlətin liderini alqışlayıram, minnətdarlığımı bildirirəm.

Təşəkkürlər Türkiyə, təşəkkürlər sayın Ərdoğan

Kəramət Salah / Doğru Yol Partiyası Qurultaya Hazırlıq Üzrə Təşkilat Komitəsinin sədri

Bizimsesimiz.info