Bizimsesimiz.info // Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğan: “D-8 ölkələri arası ticarətdə milli pul vahidlərindən istifadə etmək yolunu açsaq, təşkilatın tarixində bir inqilaba imza atılmış olacağıq”, – dedi.

Türkiyənin İstanbulun ev sahibliyilə keçirilən D-8 İqtisadi Əməkdaşlıq Təşkilatının IX Sammitində çıxış edən dövlət başçısı Rəcəb Tayyib Ərdoğan söyləyib:

“Ölkələrimiz arasındakı ticarətdə artıq milli valyutamızı istifadə etməyin yolunu açdığımız təqdirdə D-8 tarixində bir inqilaba imza atmış olacağıq. Dollar və avro təzyiqi altında iqtisadiyyatımızı əritməyə ehtiyac yoxdur. Bununçün bir mübadilə otağı qurulmalı, mərkəzi banklar bir araya gəlməlidir. D-8 ölkələri birgə iclaslarda iştirak səviyyələrini artırmalıdır. Prezidentlər səviyyəsində D-8 Liderlər Sammitinin əhəmiyyəti yaxşı dərk edilməlidir. Hamımız D-8-ə sahib çıxmalı, daha fəal, daha səmərəli, daha güclü olmaq üçün maksimum səy göstərməliyik.

Hər şeyin dəyişdiyi bir dünyada D-8-in eyni yerdə qalması, hətta yerində sayması qəbuledilməzdir. Yeni tərəfdaşlarla yola davam etməli və genişlənməkdən qorxmamalıyıq. Qərarvermədə “səsvermə ilə iş mexanizmi” çox vaxt aparan olduğu üçün çoxluq prinsipi əsas götürülməlidir. D-8 genişləndirilərək D-20-yə çıxarıla və lazımi addımlar atıla bilər.

D-8 ədalətli dünya naminə quruldu. Bu gün sözdə demokratiyanın beşiyi olan ölkələrdə sırf fərqli olduqları üçün yadlaşan milyonlarla insan var. Buna səssiz qalmaq olmaz.

Qısa və orta müddətli seçimli ticarət, viza və gömrük sazişlərinin bütün üzv ölkələrlə razılaşdırılması və fəaliyyət planı prioritet hədəf olmalıdır.”

Qeyd edək ki, Türkiyə, İran, Pakistan, Banqladeş, Malayziya, İndoneziya, Misir və Nigeriyadan ibarət olan D-8 1997-ci ildə qurulub.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here