Təşkilatlanma və əhəmiyyəti

XXI əsrin siyasi-ideoloji prosseslərinin nəticəsində ortaya çıxan qlobalist liberal cərəyan bütün dünyada, o cümlədən Azərbaycanda əsas hakim gücə çevrilmişdir. Azərbaycan cəmiyyətinin siyasi-ictimai-mədəni sahələrində getdikcə təşkilatlanan bu xətt Qərb tərəfindən maliyyələşdirildiyi və siyasi dəstək verildiyi üçün “Qərbyönümlü” olaraq da adlandırılmışdır. Bu qərbyönümlü xətt ölkəmizdə təşkilatlanıb güclənərək Azərbaycanın milli-mənəvi dəyərlərini getdikcə sıradan çıxarmaqda və bizə yad olan qeyri-əxlaqi kosmopolit-sekulyar dəyərləri yaymaqdadır. Buna qarşı, yerli mədəniyyəti qoruyub saxlamaqda qərarlı olan milli qüvvələr – milli görüşçülər öz güclərini birləşdirdirərək təşkilatlanmalıdırlar. Təşkilatlanma olmadan, aparılan mübarizə fərdi və pərakəndə xarakter daşıyır. Məhz, bu səbəbdən Azərbaycanda milli görüşçülər 2013 – cü ildə siyasi təşkilat olan Doğru Yol Partiyasının Təşkilat Komitəsini təsis etdilər. Hazırda partiyanın təşkilatlanması istiqamətində işlər davam edir. Partiyanın Sumqayıt, Qəbələ, Abşeron, Qubadlı, Binəqədi, Xəzər rayon təşkilatları təsis olunmuşdur.
Günümüzün acı gerçəklərindən biri də müsəlmanlarda təşkilatlanma şüurunun çox zəif olmasıdır. Bunun da müəyyən tarixi səbəbləri vardır. Ancaq nə olursa-olsun, Təşkilatlanma şüurunu müsəlmanlar mənimsəməli və bunu ölüm-dirim məsələsi olaraq qəbul etməlidirlər.
Türkiyə Milli Görüş lideri mərhum Nəcməddin Ərbakanın məşhur bir sözü vardır: “Siyasətlə maraqlanmayan müsəlmanı müsəlmanla maraqlanmayan siyəsətçi idarə edər”. Bu üzdən, başqaları tərəfindən idarə olunmamaq üçün müsəlman özü siyasət meydanına atılmalı, bu yolda hakim gücə çevrilə bilmək üçün mütləq və mütləq təşkilatlanmalıdır. Təşkilatlanmış azlıq təşkilatlanmamış çoxluqdan daha güclüdür. Bu səbəbdən təşkilatlanmaq üçün var gücümüzlə çalışmalıyıq.
🖋️ Taleh Hüseynli

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir