Havada yanacağı bitsə də eniş edən uçaqlar, dənizə düşən təyyarələr

“Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) ötən gün həyata keçirdiyi Bakı-İstanbul aviareysində texniki problem yaranıb”. APA-nın məlumatına görə, AZAL-a məxsus təyyarə Atatürk Hava Limanında eniş etmədən geriyə, Bakıya qayıdıb.

AZAL-ın mətbuat xidmətinin rəhbəri Paşa Kəsəmənski bildirib ki, texniki səbəblə əlaqədar olaraq Bakıdan İstanbula uçan təyyarə Heydər Əliyev hava limanına qayıtmaq məcburiyyətində qalıb. “Ciddi problem olmayıb. Sadəcə, kapitan hər ehtimala qarşı geri qayıtmaq qərarına gəlib. Təyyarədə yanacaq çox olub. Buna görə də təyyarə müəyyən müddət uçmalı olub. Təyyarə Bakıya geri qayıtdıqdan sonra AZAL-a məxsus növbəti reyslə sərnişinlər İstanbula yola salınıb”, – deyə Kəsəmənski vurğulayıb.

Bəs təyyarələr hər 100 kilometr məsafəyə nə qədər yanacaq sərf edir?

uçak petrol ile ilgili görsel sonucu

Kənardan sadə görünən təyyarələr əslində çox incə bir mexanizm əsasında fəaliyyət göstərir. Bu mexanizmdə hansısa kiçik bir detalda yaranmış nasazlıq böyük faciələrə yol aça, təyyarənin uçuş yönünü dəyişə bilər. Xüsusilə də indiyədək təyyarə mühərriklərində, qanadlarda yaranmış problemlərin sonu ağır faciələrlə nəticələnib. Təyyarələr əsasən eniş və qalxma zamanı qəza törədir. Enmə zamanı isə yuxarıdakı xəbərdə qeyd olunduğu kimi, təyyarənin ağırlığı, yanacağın miqdarı çox önəmlidir. Əgər yanacaq müəyyən olunmuş səviyyədən artıqdırsa, təyyarələr yerlə təmas zamanı partlaya bilər.

Qeyd edək ki, dünyada təkrar yanacaq doldurmadan ən uzun yol qət edə bilən təyyarə “Boeing 777- 200LR” hesab edilir. Bu təyyarə fasiləsiz 17450 kilometr uça bilir. Təyyarələr uçuş əsnasında təxminən 85 ton yanacaq istifadə edir. Uçuş əsnasında isə ən çox yanacaq qalxma zamanı gedir. Bu zaman hər saniyədə tükədilən yanacaq 6-7 litr olur.

175 nəfərlik “Boeing 737-800″ modeli isə 100 kilometrə 451 litr yanacaq sərf edir. Bu təyyarələrə 175 nəfər sərnişin minə bilər. Bakıdan İstanbula hava xəttinin uzunluğunun 1786 kilometr olduğunu nəzərə alsaq, deyə bilərik ki, eyni model təyyarə bu yolu qət etmək üçün 8 tondan bir qədər artıq yanacaq sərf edir.

“Boeing 737-800" ile ilgili görsel sonucu

Digər modellərə də nəzər salaq. Məsələn, “Airbus 320″ modeli 100 kilometrə 424 litr yanacaq sərf edir. Bu təyyarələr 180 nəfər sərnişin götürmək qabiliyyətinə malikdir. Bir də var, böyük modellər ki, onların 100 kilometrə yandırdıqları yanacağın miqdarı 1 ton yarımdan çoxdur. Həmin təyyarələrlə uzun məsafələrə gedilir. Məsələn, ”Boeing 747- 400″ modeli 100 kilometrə 1697 litr yanacaq yandırır. Bu təyyarələr 660 nəfər sərnişin tutur. “Airbus 380″ modeli isə 100 kilometrə 2060 litr yanacaq sərf edir. Bu təyyarələr bir dəfəyə 853 sərnişin daşıya bilir.

Avtomobillə müqayisə etsək, sıravi bir avtomobil, 100 kilometr başına ortalama 5-10 litr yanacaq istehlak edir. Ancaq təbii ki, avtomobillə təyyarəni müqayisə etmək qüsurludur. Səbəbini aşağıda izah edəcəyik…

Əlbəttə, istehlaka təsir edən bir çox nüanslar da var. Təyyarənin 100 kilometrə istifadə etdiyi yanacağın miqdarı yuxarıda qeyd etdiyimiz rəqəmlərdən bir qədər fərqlənə bilər. Bu, təyyarənin yük ağırlığından (baqaj) küləyin istiqamətindən, hündürlükdən və hava şəraitindən asılıdır. Bu məqamda qeyd edək ki, təyyarələr hündürdən uçduğu zaman daha az yanacaq sərf edir. Ona görə də dərhal eniş etmək istəyən təyyarələr eniş edəcəkləri uçuş xəttinin yaxınlığında alçaqdan uçaraq yanacaq tükətməyə çalışır. Təbii ki, əgər təyyarələrdə yanacaq atan sistem varsa, buna heç bir ehtiyac yoxdur. Lakin bu gün bir çox  aviaşirkətlər bu sistemdən istifadə etmir. Çünki qurğu həm bahalıdır, həm də xüsusi xidmət tələb edir.

Bir məqamı da qeyd edək ki, təyyarələr havaya qalxan zaman ən pis hallar, bütün risk faktorları nəzərə alınır. Ona görə də, məsələn, Bakıdan İstanbula gedən təyyarə 8 ton yanacaq sərf edirsə, təyyarənin çəninə konkret bu qədər yanacaq doldurulur demək doğru olmaz. Risk faktoru, hava şərtləri, hətta geri dönüş zamanı lazım olan yanacağın miqdarı da nəzərə alınaraq, normalda təyyarələrə lazımından bir neçə qat artıq yanacaq doldurulur. Ancaq buna baxmayaraq havada olduğu zaman yanacağı bitən təyyarələr də olub.

“Airbus A330-200" ile ilgili görsel sonucu

Bir faktı qeyd edək: 24 avqust 2001-ci ildə “Airbus A330-200″ modeli Atlantik okeanının üstündə olduğu zaman yanacağı bitir. Buna səbəb isə sağ qanadda olan problem səbəbindən yanacağın qədərindən artıq istifadəsi olur. Pilot sol qanaddakı yanacağı sağ qanada verərək vəziyyətdən çıxmağa çalışsa da, bu mümkün olmur. Sonradan bu addım hətta pilotun yanlış qərarı kimi də xarakterizə olunur. Nəticədə 306 nəfər sərnişin daşıyan təyyarə okeanın üzərində tamamilə yanacaqsız qalır. Onu da qeyd edək ki, təyyarə yanacağı bitdikdən sonra da müəyyən bir məsafəyə qədər qanadlarının və pilotun bacarığının hesabına havada süzür. Bu təyyarə 120 kilometr qət edərək, motorlar işləmədən eniş edə bilib.  Lakin tarixdə yanacağı bitdiyi üçün dənizə düşən təyyarələrin də sayı az deyil…

Əlavə edək ki, bu gün  təyyarələr ən səmərəli nəqliyyat vasitəsi hesab edilir. Maraqlıdır ki, təyyarənin yandırdığı ümumi yanacağı daşıdığı sərnişinlərin sayına bölərsək, bu zaman uçaqların avtomobildən daha sərfəli olduğu ortaya çıxır. Yuxarıda qeyd etdiyimiz “Airbus 380″ modelinin 100 kilometrdə adam başına düşən yanacaq sərfiyyatı cəmi 2.41 litrdir. Həm də buna görə təyyarələr avtomobillərdən daha sərfəli nəqliyyat vasitəsi sayılır.

“Yeni Müsavat”

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here