Cənubi Koreyanın “Samsung” şirkəti “ağıllı” saat vasitəsilə arterial təzyiqi ölçməyə imkan verən texnologiya üçün patent hüququ alıb. Bu barədə Cənubi Koreya KİV-ində yayılan məlumatlarda deyilir.

Patentə görə, xüsusi ötürücü saatın biləyə bərkidilən arxa hissəsində quraşdırılacaq. Ötürücü şüalanma vasitəsilə yayılan işığın intensivliyinə əsaslanaraq təzyiq haqqında informasiya əldə edəcək. “Ağıllı” saat və fitnes bilərziklərdə də nəbzölçənlər eyni prinsip üzrə işləyir.

Patentdə qeyd olunur ki, göstəricilərin düzgün göstərilməsi üçün saatın istifadəçinin əlinə sıx bağlanması tələb olunur. Tonometrlə təchiz edilən saatın istehsalına nə vaxt başlanacağı barədə məlumat verilmir. Lakin onun “Samsung Gear X” idman qurğularında quraşdırılacağı ehtimal edilir.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here