Tanınmış aparıcı Rafiq Hüseynov həyatdan köçdü
Bizimsesimiz.info // Xalq artisti Rafiq Hüseynov xərçəng xəstəliyindən əziyyət çəkirdi.
Azərbaycanın tanınmış televiziya diktoru, Xalq artisti Rafiq Hüseynov Almaniyada dünyasını dəyişib. Bu barədə APA-ya açıqlamasında xalq artistinin həyat yoldaşı Səbinə Hüseynova məlumat verib. O bildirib ki, R.Hüseynov müalicə aldığı Düsseldorf şəhərindəki klinikada vəfat edib: “Həkimlər əllərindən gələni etdilər, amma həyata qayıtması mümkün olmadı. Oktyabrın 26-da dünyasını dəyişdi. Mən dövlət qurumlarından xahiş etdim ki, heç kimə deməsinlər. Çünki qızım bu xəbəri mətbuatdan oxusaydı, ona çətin olacaqdı. Artıq qızımı psixoloji cəhətdən hazırlamışam. Heç nə danışa bilmədim Rafiqlə. Səsimi eşidirdi, gözünü açırdı, amma danışa bilmirdi. Komaya düşən kimi ürəyi dayandı. Həkimlər dedilər ki, ağ ciyərin funksiyasını bərpa etmək mümkün olmadı”.
R.Hüseynovun cənazəsi Bakıya gətiriləcək. Almaniyadakı Azərbaycan Konsulluğu bu işlə məşğuldur. Hər şey dövlət tərəfindən yüksək səviyyədə təşkil olunacaq”.
Qeyd edək ki, Xalq artisti Rafiq Hüseynov xərçəng xəstəliyindən əziyyət çəkirdi. O, bir neçə dəfə Türkiyədə əməliyyat olunub.