Tanınmış iş adamı qazi və şəhid ailələri ilə görüşdü – Foto

“Mayak Cargo Transportation” şirkətinin rəhbəri Saleh Ağayev Zəfər Günündə qazi və şəhid ailələri ilə görüşüb.

Tədbir Azərbaycan Dövlət Himninin səslənməsi ilə başlayıb və şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib.

Saleh Ağayev giriş sözü ilə çıxış edərək hər kəsin Vətən uğrundan canından keçən şəhidlərimizə borclu olduğunu söyləyib.

“Şəhidlərimizin ailələri bizə əzizdir, bugünkü tədbirimizin məqsədi də şəhid ailələri və qazilərimizə həmişə dəstək olduğumuzu bir daha göstərməkdir. Allah qazilərimizə can sağlığı, şəhidlərimizə rəhmət etsin. Şükürlər olsun ki, bu gün Zəfər Gününü qeyd edirik, işğalda olan torpaqlarımız düşməndən azad edilib. Qəhrəman oğullarımızı hər zaman xatırlayacağıq. Bütün şəhidlərimizin ruhu qarşısında baş əyirəm, onlar bizim fəxrimizdir. Tədbirimizdə düşmən qarşısından çəkinmədən döyüşən qazilərimiz də iştirak edir, biz evimizdə rahat oturanda, sizlər səngərlərdə, yağışlı, qarlı havada Vətənimizin keşiyində durmusunuz. Siz hər zaman bizdən bir addım öndəsiniz və sizə borcluyuq. Sizi tədbirimizə dəvət etməyi özümə borc bilirəm. Allah sizi qorusun! Dövlətimiz qazilərimiz üçün bütün şəraiti yaradıb. Biz də iş adamı olaraq hamılıqla qazilərimizə, şəhid ailələrimizə birləşib dəstək olmalıyıq”, – o bildirib

Saleh Ağayev rəhbərlik etdiyi şirkətdə qazilərin çalışdığını vurğulayıb:

“Qazilərimiz heç vaxt özlərini sıxıntıda hiss etməsinlər, müharibədə iştirak etdikləri üçün qürurlansınlar. Onları anlamağa çalışıram, mən də müharibənin dəhşətlərini gördüm. 44 günlük müharibə ərəfəsində əlimizdən gələn qədər igid oğullarımıza dəstək göstərməyə çalışmışıq. Çox sağ olsunlar, Müdafiə Nazirliyi əməyimizi qiymətləndirib tərifnamə də təqdim edib. Vətənimiz üçün canımızdan da keçməyə hazır idik. “Mayak Cargo Transportation” şirkəti olaraq Vətən çağıranda onun keşiyində durmağı özümə borc bilirik. Adətən, müharibələr uzun çəkir. Müharibənin 44 günə qurtaracağı ağlımıza belə gəlmirdi. Bu gün müharibədən söz düşəndə fəxrlə deyirəm ki, nə yaxşı orada iştirak etmişəm. Müharibə bitən kimi qazilərimizlə görüşdüm, işləri ilə maraqlandım. Onların sırasında işi olanlarla yanaşı olmayanlar da var idi. İşi olmayan beş qazimizi işlə təmin etdik. Ümumilikdə, şirkətimizdə yeddi nəfər qazi çalışır. Onlar müharibədə Vətəni qorumaq üçün canlarından keçməyə hazır olublar, Allah onları qoruyub. Sinif yoldaşımın oğlu da şəhid olub, bu gün tədbirimizə onun qardaşı da gəlib, şəhidlərimizin ailə üzvlərinin xətri bizim üçün çox əzizdir”.

İş adamı Ağdamda aparılan işlərdən də danışıb: “Cənab prezident İlham Əliyev azad edilmiş ərazilərimizdə turizm mərkəzləri, otellər tikmək üçün azərbaycanlı və xarici investorlara çağırış etdi. Ağdamda beynəlxalq forumların keçirildiyi konfrans zalını bizim şirkətimiz tikib və açılış mərasimində cənab prezident İlham Əliyev iştirak edib. Vətənimiz üçün bu gün də canımızdan keçməyə hazırıq. Vətən mənim üçün hər şeydir. Vətənimi, dövlətimi çox sevirəm. Ali Baş Komandanın həyata keçirdiyi siyasəti tarixə düşdü. Mən də ölkəmin vətəndaşı kimi dövlətimi çox sevirəm. Dünya standartlarına uyğun proqramımız var və Ağdam üçün həmin proqramı yazmışıq”.

İş adamı tədbirin sonunda qazi və şəhid ailələrinə hədiyyələr təqdim edib.

1 COMMENTS

  1. 👉 $5,000 FREE EXCHANGE BONUSES BELOW 📈 👉 PlaseFuture FREE $3,000 BONUS + 0% Maker Fees 📈 + PROMOCODE FOR NEWS USERS OF THE EXCHANGE 👉 [M0345IHZFN] — 0.01 BTC 👉 site: https://buycrypto.in.net Our site is a secure platform that makes it easy to buy, sell, and store cryptocurrency like Bitcoin, Ethereum, and More. We are available in over 30 countries worldwide.

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir