Tanınmış Musavatçıdan Lütfi Zadənin ünvanına: “Hansı cəhənnəmdə istəyir basdırsınlar”

Bizimsesimiz.info // Neçə gündür ki, dünya şöhrətli alim Lütfi Zadənin Azərbaycanda dəfn olunmaq arzusu qızğın müzakirələrə səbəb olub. Bəzi şəxslər Lütfi ZadəninAzərbaycanda dəfn olunmaq arzusuna qarşı çıxdı. Məşhur alimin səhhətinin hazırda necə olduğu, bu istəyin doğru olub-olmadığı dəqiqləşdirilmədən vəsiyyəti qınaq obyektinə çevrildi. Səbəb olaraq kimi də Lütfi Zadənin dəfn olunmağı arzuladığı Azərbaycanı, milləti üçün heç bir iş görməməsi qeyd olundu.
Gün keçdikcə sosial şəbəkələrdə vüsət alan bu müzakirələr səngiməkdənsə, daha da genişlənir, qızğınlaşır. Vəziyyət o həddə çatıb ki, artıq insanlar Lütfi Zadəyə qarşı təhqirə keçiblər. Ən ağrılısı isə odur ki, bu təhqirlərə tanınmış ziyalılar yol verir.

Moderator.az bildirir ki, qürbətdə yaşayan soydaşımız Vahid Qazi bu gün öz facebook səhifəsində Lütfi Zadənin məlum vəsiyyətinə münasibət bildirib. O, dünyaca tanınmış alimin vəsiyyətinə qarşı çıxanları qınayıb: “Lütfi Zadənin “ölümü” və “vəsiyyəti” barədə dezinformasiya xeyli ağıllı adamı mənə başqa yöndən tanıtdı. “Dezo” küyünə getmələri bir yana – ondan hazırlıqlı adamlar belə sığortalanmayıb – onun “vəsiyyəti”nə aqressiv münasibət “umacaqlıq” kompleksimizə parlaq nümunə oldu. Umacaqlı camaatıq. Umduğumuzu almayanda küsərik. Umacaqlığımız çox steroetiplərimizin qaynağıdı, ələbaxımlıq və sair kimi. Hər şeyə – istər olay olsun, istər adam – “xeyir güdmək” prizmasından baxırıq. Lütfi Zadənin Bakıda dəfn olunmaq kimi vəsiyyətinin olduğunu bilmirəm, eşitdiyim odu ki, kitablarını və bəzi elmi yazılarını tələbəsi saydığı Rafiq Əliyevə vəsiyyət edib. Bakı doğumlu dünya çaplı bir alim Bakıda dəfn olunmaq istəsə belə bunda qəribə nə var? Qəbir pulu istəyirsiniz ondan? Azərbaycana xeyri dəyməyibmiş! Nə qədər dar düşüncəlikdi bu! Adamın bəşəriyyətə xeyri dəyib, bu azdımı? Rəhmətliyin uşağı, elin malını illər uzunu çapovulçuluqla talan edənlərə bir kəlmə söz deməyə hünərimiz çatmır, Lütfi Zadədən hesabat soruruq. Çox “interesni” camaatıq”.

V.Qazinin bu statusuna bir çox şəxs münasibət bildirib. Ancaq Müsavat Məclisinin üzvü Sevinc Hüseynovanın fikri “baltanı kökündən vurmaq” kimi sərt olub. S.Hüseynova əvvəlcə Lütfi Zadəni “yaltaq dahi” adlandırıb: “Nə öldürürsunuz özünüzü yaltaq dahi üçün? Vahid bəy onun müsahibəsini oxuyun heç olmasa! Oğlu bu vətənə aid olmadığını deyən adami niyə güclə sırıyırsınız bu vətənə və millətə, haqqında əskildici sözlər yazırsınız?”.

Mübahisə qızışdıqca isə tanınmış Musavatçı Lütfi Zadə haqqında bunları deyib: “Hansı cəhənnəmdə istəyir basdırsınlar”.

1 COMMENTS

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir