Tanınmışların vəsiyyətləri, mirasları və son sözləri…

İbrətlik hekayələr və son günün unudulmaz anları; “Komediya bitdi” deyən kim, heyvan qəbiristanlığında basdırılmaq istəyən kim…

25 avqustda həyatını itirən ABŞ senatoru Con Makkeyn cənazəsinə prezident Donald Trampın gəlməməsini tapşırıb. Bundan əlavə, o, keçmiş prezidentlər Barak Obama və Corc Buşun yas mərasimində çıxış etmələrini vəsiyyət edib.

Maraqlıdır ki, Donald Tramp Makkeynin bu vəsiyyətindən inciməyib və bu barədə hər hansı soyuq fikir bildirməyib.

“Yeni Müsavat” mövzunun gündəmdə olmasından istifadə edib, məşhurların vəsiyyətləri, son sözləri, mirasları ilə bağlı ilginc bir dosye hazırlayıb. Müğənnisi, siyasətçisi, ulduzu, alimi… bunlar ölümlərindən sonra nəyin necə olmasını istəyiblər…

Sənətçi Sezen Aksu oğlu Mithat Can üçün böyük bir sərvət hazırlayır. Mahnıları dillərdən düşməyən Minik Sərçə kimsəyə verməyə qıymadığı çox özəl bəstələrini Kanlıcadakı evinin kassasında yığmağa başlayıb. 1974-cü ildə girdiyi musiqi sektorunda bəstələri ilə bir çox şəxsi ulduza çevirən və mahnıları dillərə dastan olan Aksu oğlu Mithat Canın gələcəyini təminata alıb.

Sezen Aksu oğlu ile ilgili görsel sonucu

Müğənni oğlu üçün hazırladığı bu özəl mirasını, sadəcə, çox yaxın dostları ilə paylaşıb. Anasının bu sürprizindən Mithat Can şok keçirib. S.Aksu öz həyatından təsirlənərək yazdığı mahnıları yığmağa davam edərkən, oğluna “Sənə vəsiyyətimdir, bu mahnıları mən öləndən sonra sən yaşat” deyib. Mithat Can da anasına söz verib.

Ä°lgili resim

Türkiyənin məşhur aktyoru Cüneyt Arkın isə qazandığı pullarla heç bir iş görmədiyini deyib: “Biz pulun da, şöhrətin də qiymətini bilmədik. Bir dükan açmadıq, bir iş yeri qurmadıq. Bilmirəm ki, çox uzun yaşasam səfalət içində qalacam, ya yox”.

Atlara çox düşkün olduğunu deyən usta aktyor eyni zamanda aşağıdakıları söyləyib: “Bir vaxtlar atım – Həsrətimin yanına basdırılmaq istəmişdim. Amma sonra yanlış anlaşılacağından qorxduğum üçün vaz keçdim. Məni ata-anamın yanında basdırın”.

Məşhur rejissor Zeki Demirkubuzun Qurban Bayramı yaşanarkın sosial şəbəkədə paylaşdığı status təəccüb yaradıb: “Vəsiyyətimdir. Heyvan qəbiristanlığında basdırın məni”.

Demirkubuz daha öncə də aşağıdakıları demişdi: “Bu ölkəyə və bu həyata dair heç bir şeyin heç bir zaman mənim arzuladığım kimi olmayacağını bilir, artıq bundan acı duymuram. Yaxşı, gözəl və doğru da olsa, mənim istədiyim bir şey sizə rəğmən olacaqsa, mənə rəğmən olmasın”.

Çarlz Darvin son günlərini olduqca rifah içində keçirənlərdəndir. Darvin 1882-ci ildə həyatını itirdiyi zaman arxasında 146,911 sterlinq (bu günün pulu ilə 13 milyon sterlinq) dəyərində bir mal varlığı qoydu.

Cənubi Afrikanın əfsanəvi lideri Nelson Mandelaya keçək. Mandela torpağa tapşırılar-tapşırılmaz ailəsində miras üstündə dava başlayıb. Cənubi Afrika qəzeti olan “Times”ın yazdığına görə, Mandelanın böyük nəvəsi olan Mandla Mandela əfsanəvi liderin Kunu kəndindəki ailə evindən çıxarılıb. Evə gələn Mandelanın böyük qızı Makazivenin evin qıfılını dəyişdirdiyi bildirilir. Babasına aid ərazidə olan evində qalan Mandla bazar günü səhər oyandığında evində elektrik və suyun kəsildiyini görüb.

Mandla Mandela ile ilgili görsel sonucu

Tərəflər arasında intriqaların hələ Mandelanın ölümündən əvvəl başladığı bildirilir. Münaqişəyə səbəb isə miras davası olub. Mandela öz bibilərini babasının milyon dollarlıq varidatını ələ keçirməkdə ittiham edir. Onun atası 2005-ci ildə QİÇS-dən dünyasını dəyişdikdən sonra uşaqlarının Kunuya yaxın əraziyə köçməsi Makazivenin xoşuna gəlməyib və münaqişə də bundan sonra başlayıb.

2008-ci il oktyabrın 25-də vəfat etmiş dünya şöhrətli müğənni Müslüm Maqomayevin ailəsindən də miras davası yan keçməmişdi. Mərhum sənətkarın müğənni Mila Karevoyla vətəndaş nikahından olan oğlu Müslim-Daniil atasından qalma mirasa sahib çıxmaq istəyirdi. ABŞ-da yaşayan Mila Karevoy və oğlu bununla bağlı vəkil tutdular və məhkəməyə müraciət etmək üçün sənədlərini hazırladılar. M.Karevoy həmin vaxt iddia edirdi ki, onda Müslüm Maqomayevin vəsiyyətnaməsi var.

“Yalandır, ortada heç bir vəsiyyətnamə yoxdur. Çünki atam qəfildən vəfat etdi. 3 günün içində əlimizdən getdi. Ona görə də vəsiyyətnamə yaza bilməzdi. Nə vəsiyyətnamə? O, xəstəxanada olanda bizə gələcək planlarından danışırdı”.

Bu sözləri isə Müslüm Maqomayevin qızı Marina Maqomayeva bildirib. Bəlli olub ki, M.Maqomayev istər SSRİ dönəmində, istərsə də ondan sonra fantastik tirajla çıxan kaset və disklərinə görə milyonlarla rubl həcmində qonorar alırmış.

Məşhur Türkiyə sənətçisi Kayahanın ölümündən sonra ailəsi arasında miras davası böyüdü. Belə ki, Kayahanın ilk evliliyindən olan qızı Beste Haravon vəsatət qaldırdı.  Beste Haravon  məhkəmə ərizəsində atası ölməmişdən öncə İpek Açarın atasının hesabından külli miqdarda pul çəkildiyini bildirdi.

Kayahanın  iki  tərəfi qarşı-qarşıya gətirən mirası Gömeçdəki məşhur  Gönül villa, yenə Gömeçdə  bir mənzil, bankda külli miqdarda pul, gəmi və iki avtomobildən ibarətdir.

Kayahan ile ilgili görsel sonucu

Kayahan irsinin  8/3 hissəsini böyük qızı Besteye, 8/3 hissəsini  kiçik qızı Aslı Gönülə və 8/2 hissəsini  həyat yoldaşı İpək Acara vəsiyyət edib.

2014-cü ildə dünyasını dəyişən türkiyəli məşhur sənətçi Adnan Şensesin mirası qırxı çıxmadan bölüşdürülməyə başlandı. A.Şensesin həyat yoldaşı Lalə xanım ilə ilk həyat yoldaşı Meral Tunalıdan olan qızı Arzum arasında miras davası düşüb.

Lale xanım ilə Arzum sənətçinin illər əvvəl aldığı Zeytinburnundakı yanacaqdoldurma məntəqəsini 10 milyon dollara satışa çıxarıb.

Qeyd edək ki, Şensesin mülkiyyətinə Zeytinburnundakı yanacaqdoldurma məntəqəsindən başqa, İstanbulun Ortaköy, Akatlar və Arnavutköy rayonlarında bir lüks ev, İngiltərədə bir lüks ev, Levent məhəlləsində bir villa, Bodrum Gümüşlükdə bir ferma, iki “Volksvagen” avtomobili və iki tanker daxildir.

Türkiyənin tanınmış siyasətçilərindən Nəcməddin Ərbakan 2011-ci ildə 84 yaşında dünyasını dəyişəndən sonra uşaqları arasında mirasının paylaşımı mövzusunda problemlər yaşanmış və məsələ məhkəməyə daşınmışdı. Üç uşaqdan Ərbakanın böyük qızı Zeynəb Ərbakan “mirasdan payını yetərincə ala bilmədiyini və qardaşlarının mal oğurladığını” iddia edərək, bacısı Elifdən, qardaşı Fatik Ərbakandan, eləcə də yeznəsi Mehmet Altınözün də aralarında olduğu 7 nəfər haqqında məhkəmə qarşısında iddia qaldırmışdı.

Məşhur italyan tenor Luçiano Pavarottinin 2007-ci ildə ölümündən sonra ailə üçün miras qalmaqalı başlandı. Toplam sərvəti 600 milyon dollar olaraq təxmin edilən Pavarottinin mirası ilə bağlı dörd qızı, ikinci həyat yoldaşı Nicoletta Mantovani və vəqflər məhkəmədə qarşı-qarşıya gəldilər.

İntihar edən məşhur aktyor Robin Vilyamsın ailəsində də miras qalmaqalı uzun müddət müzakirə olunub. Amerikalı aktyorun sonuncu həyat yoldaşı Syuzan Şneyder və Vilyamsın keçmiş evliliklərindən olan üç uşağı mirasda anlaşamadıqları üçün məsələni məhkəməyə daşıdılar.

Robin Williams ile ilgili görsel sonucu

2009-cu ildə ürəyinə məğlub olan pop-kral Maykl Ceksonun ilk vaxtlar 30 milyon dollar miras qoyub getdiyi məlum olmuşdu. Pullar Ceksonun 81 yaşlı anası Ketrin, uşaqları Prins, Blanket və Paris arasında bölünəcəkdi. Həmin vaxt ailə adından açıqlama verən vəkil 2009-cu ildə ölən Mayklın 310 milyon dollar borcu ödəndikdən sonra yerdə bu rəqəmin qaldığını demişdi. Bu günə qədər 750 milyon tirajla albomu satılan Elvis Presley, “Bitlz” kimi ulduzların yanında adı çəkilən Mayklın hətta məhəlləsindəki əczaxanaya də borcu olub, buna görə məhkəməlik də olublar. Bu və digər borclarını ödəmək üçün mərhum London konsertlərini vermək istəyirdi ki, Əzrayıl başının üstünü kəsdirdi.

M.Ceksonun atası Ceo Cekson da oğlunun mirasından pay istədi. Aradan bir neçə il keçəndən sonra Ceo Cekson Los Anceles məhkəməsinə iddia ərizəsi ilə müraciət edib. O iddia ərizəsində yazıb ki, Maykl Ceksonun anası Katerinə hər ay oğlunun mirasından 86 min dollar verilir. Qeyd edək ki, Maykl Cekson vəsiyyətində 3 uşağına anasının baxmasını istəyib. 86 min dollar da hər ay onun mirasından bu məqsədlə anasına ayrılır. Ceo Cekson isə özü üçün pul əldə etmək istəyir və hər ay ona 15 min dollar verilməsini tələb edib. Ata bu pulu kirayə, yemək və təyyarə biletlərinə xərcləyəcəyini bildirib.

Türkiyənin barmaqla sayılan Sabancı ailəsi də miras davasından öz nəsibini alıb. Sabancı Holdinqin qurucularından olan Hacı Ömer Sabancının 1979-cu ildə ölən oğlu İhsan Sabancının Nevin Tenik ilə yaşadığı qeyri-rəsmi nikahdan dünyaya gələn Sevilay Sabancı Çınar babasından qalan mirasa ortaq ola bilmək üçün 2003-cü ildə məhkəməyə müraciət etdi. Çinar məhkəmədən  “Sabancının varisidir” qərarını çıxarıb.

Hər şeydən elə bezdim ki…” – məşhurların son sözləri

İndi keçək məşhurların son sözlərinə. Adamlar son nəfəslərini vermədən öncə… bəlkə də həyatlarının ən mənalı sözlərini səsləndirirlər.

Con F.Kennedi: “Xeyr, əsla demərəm”. (John F. Kennedi “Cənab prezident, Dallasdakı insanların sizi isti bir şəkildə qarşılamadıqlarını deyə bilməzsiz” sözünə verdiyi cavab).

Dominiq  Bouhours – məşhur fransız dilçilik mütəxəssisi: “Ölmək üzrəyəm və ya ölməkdəyəm: bu ifadələrin ikisi də doğrudur”.

Josef Henri Green: “Dayandı”. (Öz nəbzini ölçəndə deyib)

Mao Zedong: “Özümü pis hiss edirəm. Həkim çağırın”.

Nostradamus: “Sabahdan etibarən artıq burada olmayacam”.

Carl Panzram: “Tez ol, sərsəm adam, sən belə asta hərəkət edəndə mən 10 adam öldürərdim”. (Serial qatil Panzram, asılaraq edam edilən zaman)

Chopin: “Məni kəsib içimi açmalarını təmin etməyə and iç. Beləcə canlı-canlı basdırılmaqdan qurtularam”. (Canlı basdırılmaqdan qorxurdu)

Vinston Çörçil: “Hər şeydən elə bezdim ki…”

Neville Heath: “Tfu, kaş kimi bunu duble etsəydiniz…” (Asılmadan öncə son bir içki içmək istəyən qatil)

Corc Bernard Şou: “Bu da mənim üçün yeni bir təcrübə olacaq”.

Nilolay Qoqol: “Bir nərdivan, tez bir nərdivan gətirin”.

Höte: “Bir az daha işıq”.

Kant (filosof): “Bu, daha yaxşıdır”.

Namiq Kamal: “Bir az istirahət edim”.

Oskar Vayld: “Ya divar kağızı gedir, ya da mən”

Peyami Safa: “Məhz bu, çox pisdir”.

Ludviq van Bethoven: “Komediya bitdi”.

Çarli Çaplin: “Niyə olmasın? Necə də olsa öz malıdır” (“Tanrı ruhunu bağışlasın” deyən keşişə cavab olaraq).

Albert Eynşteyn: “Mən vəzifəmi burada bitirirəm”.

Sevinc TELMANQIZI

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir