Xəbər verdiyimiz kimi, Tarif Şurasının yanvar ayının 4-də verdiyi qərara əsasən Ai-92 markalı benzinin pərakətndə satış qiyməti 90 qəpikdən 1 manata, dizelin qiyməti isə 60 qəpikdən 80 qəpiyə qaldırılıb. Tariş Şurası yanacağın qiymətinin artırılmasını bir neçə arqumentlə əsaslandırıb. Bunlardan birincisi ölkəyə avtomobil idxalının artmasıdır. Bundan əlavə, qonşu ölkələrdə benzinin qiymətinin Azərbaycandan baha olması və 2022-ci ilin iyun ayınadək dizel yanacağının, 2023-cü ilin iyun ayınadək isə Aİ-92 markalı avtomobil benzininin AVRO-5 standartına tam uyğunlaşdırılmasına görə modernləşdirmə xərclərinin yüksəlməsidir.

ABŞ-ın Rutgers Universitetinin professoru, iqtisadçı Qubad İbadoğlu “MediaPost”a açıqlamasında bildirib ki, yanacağın qiyməti ilə bağlı səsləndirilən arqumentlər cəfəngiyyatdır.

Belə ki, Dövlət Gömrük Komitəsinin (DGK) məlumatına görə, 2020-ci ilin 11 ayında 47.841 avtomobil idxal edilib, onlardan 4486-ı daxili yanma mühərriklə yanaşı elektrik mühərriklə də hərəkətə gətirilən nəqliyyat vasitələri olub, 146-ı yalnız elektrik mühərriklə hərəkətə gətirilən nəqliyyat vasitələri olub. 2019-cu illə müqayisədə avtomobil idxalı artsa da, dizel yanacağının istehsalı aşağı düşüb, avtomobil benzinin istehsalı də cüzi artıb. Belə ki, 2019-cu ilin yanvar-noyabr aylarında 1041,9 min ton avtomobil benzini, 1911,2 min ton dizel yanacağı istehsalı edildiyi halda, müvafiq göstəricilər 2020-ci ilin eyni dövründə 10 66,3 min ton və 1 881,3 min ton olub.

Qonşu ölkələrdə yanacağın baha olmasına gəlincə,adı çəkilən ölkələrdə benzinin qiyməti ilə bağlı bəzi təhriflərə yol verilib. Məsələn, Rusiyanın Novosibirsk şəhərində satılan Ai-92 benzinin qiyməti 94 qəpikdir.

Q. İbadoğlunun sözlərinə görə, Rusiyada ötən ilin noyabr ayına olan orta aylıq əmək haqqı 1127 manat olub. Azərbaycandakı orta aylıq əmək haqqından 422 manat çoxdur. Bu hesabla orta aylıq əmək haqqına Rusiyada 1198 litr, Azərbaycana 705 litr benzin düşür. Tarıf Şurasının neft istehsalçısı olan Azərbaycandakı qiymətləri benzini və dizel yanacağını idxal edən Gürcüstanla, Belarusla, Ukrayna,Türkiyə müqayisə etməsi məsrəf amilinə görə iqtisadi cəhətdən düzgün deyildir. Belə müqayisə neft istehsalçıları olan Türkmənistan, Qazaxıstan, İran, İraq, Qatar, Küveyt, İndoneziya, Misir, Liviya, Oman, Bəheyn, Səudiyyə Ərəbistanı, Venesuela, hətta ABŞ-a aparılanda məlum olur ki, Azərbaycandakı qiymətlər bir çox ölkələrlə müqayisədə dəfələrlə bahadır.

Sadalanan 3-cü arqumentdə gəlincə, Q.İbadoğlu bildirib ki, 2022-ci ilin iyun ayınadək dizel yanacağının, 2023-cü ilin iyun ayınadək isə Aİ-92 markalı avtomobil benzininin AVRO-5 standartına tam uyğunlaşdırılmasına görə modernləşdirmə xərclərinin artmasına görə məsrəfləri istehlakçılardan 1 il 6 ay və 2 il 6 ay qabaqdan ödənilməsi heç bir məntiqə sığımır: “Tarif Şurasının qərarından belə nəticəyə gəlmək olur ki, istehlakçı hələ istehlak etmədiyi yüksək standarta görə ödənişi əvvəlcədən etməlidir”.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here