10-cu sinif “Tarix” dərsliyində Ermənistan xülyası olan xəritə yer alıb.

Axar.az xəbər verir ki, bu barədə əməkdar jurnalist Azər Həsrət məlumat verib. O, bununla bağlı Feysbuk hesabında qeyd edib.

“Təsəvvür belə etmək istəməzdim, amma bu, baş verib. Təhsil Nazirliyi orta məktəblərin 10-cu sinifləri üçün tarix dərsliyi nəşr etdirib. Dərslik məktəblərə də paylanıb. Naşir “Şərq – Qərb” nəşriyyatıdır. Və bəlli olub ki, bu tarix dərsliyində dənizdən dənizə böyük Ermənistanın xəritəsi verilib!”

Azər Həsrət qeyd edib ki, Təhsil Naziriyi məsələdən xəbər tutan kimi həmin kitabları məktəblərdən yığışdırmaq üçün işə başlayıb:

“Səs-küy qopub, etirazlar başlayıb, nazirlik bunu ört-basdır etmək üçün dərslikləri say hesabıyla məktəblərdən yığışdırıb. Ola bilər ki, proses hələ başa çatmayıb. Hər yoldan ötənə dərslik yazdırıb, hər yoldan ötəni də bu “dərslik”ləri yoxlamaq üçün ekspert təyin etməyin axırı belə olur. Mövzu diqqətimizdədir”.

Qeyd edək ki, bundan öncə də orta məktəb dərsliklərindəki ciddi qüsurlarla bağlı tənqidlər getmişdi.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here