Tarixi düşmənimiz Rusiya (2-ci hissə: Osmanlı-Rusiya müharibələri)
Bizimsesimiz.info // Rusiyanın ən çox müharibə etdiyi türk-müsəlman dövlətlərinin başında Osmanlı imperiyası gəlir. Bu yazımızda Osmanlı-Rusiya müharibələri haqqında xronoloji ardıcıllıqla məlumat verməyə çalışmışıq.
1568-1570-ci illər müharibəsi. 1569-cu ildə Osmanlı həm Həştərxan xanlığını Rusiya işğalından qurtarmaq, ticarət və həcc yolunu açmaq məqsədilə, həm də Don-Volqa kanalının tikintisi üçün Qara dənizin şimal-şərq sahillərinə ordu göndərdi. Bir tərəfdən kanalın tikintisi davam edərkən, digər tərəfdən də Həştərxan mühasirəyə alındı. Ancaq müttəfiqi olduğu Krım xanlığı sona qədər Osmanlı ordusuna lojistik və hərbi dəstəyi nümayiş etdirmədi. İvan Qroznu 20 000-lik ordu göndərərək əvvəlcə kanal tikintisində iştirak edən içşiləri dağıtdı. Daha sonra Həştərxanı mühasirədə saxlayan Osmanlı ordusuna arxadan hücum etdi. Nəticədə, böyük itki verən osmanlılar geri çəkildilər. 1570-ci ildə İstanbulda hər iki dövlət arasında bir-birilərinə qarşılıqlı hücum etməmək haqda saziş imzalandı. Sazişin şərtlərinə görə ruslar Terekdəki qalanı yıxaraq Orta Asiyadan gələn həcc və ticarət karvanlarının keçmələrinə icazə verəcəkdi.
Molodi döyüşü. 1572-ci ildə Krım xanı Gəray xan və Osmanlının birləşmiş qoşunu ilə İvan Qroznu arasında Molodi döyüşü baş verdi. Bu döyüşdə müttəfiq qoşunları 100 000 nəfər itki, yaralı və əsir verdilər.
1676-1681-ci illər müharibəsi. Osmanlı ilə Rusiya arasında növbəti qarşıdurma 1676-1681-ci illərdə baş vermişdir. Həmin ərəfədə Polşa ilə müharibədə qalib gəlmiş Osmanlı 1676-ci il Zoravno sülh müqaviləsinin şərtlərinə görə bütün Ukraynanı ələ keçirdi. Bununla da Osmanlı Qara dənizin yeganə və şəriksiz ağası oldu. O biri yandan da ərazilərini sürətlə genişləndirməkdə olan Rusiya Qara dənizə çıxış əldə etmək istəyirdi. Bir müddət sonra rusların təzyiqiylə Osmanlının protekteratı olan Ukrayna kazakları atamanı Rusiyanın tabeliyinə keçdiyini bildirdi. Bununla barışmayan osmanlılar Ukraynanın mərkəzinə gələrək Cehrin şəhərini ələ keçirdilər. Çarəsiz qalan ruslar müqavilə imzalamağa razı oldular. 1681-ci ildə Ədirnə müqaviləsi ilə Ukrayna iki dövlət arasında bölüşdürüldü. Rusiya Krıma illik vergi verməyə razı oldu.
1686-1700-cü illər müharibəsi. 1683-cü ildə Avropa dövlətləri Osmanlıya qarşı Müqəddəs İttifaq yaratdılar. Rusiya da böyük həvəslə bu ittifaqa qoşuldu. Rusiya Krım və Azov qalasına bir neçə dəfə hücum etdi. 1686-1700-cü illərdə baş vermiş bu savaş Osmanlının Azov qalasını itirməsiylə nəticələndi.
Prut savaşı. Növbəti savaş 1711-ci ildə gerçəkləşdi. Ruslar rəqibləri İsveç ordusunu təqib etmək bəhanəsiylə Osmanlı torpaqlarına soxuldular.İsveç kralı Şarlın xahiş dolu məktublarının da təsiriylə Osmanlı 1711-ci ildə Rusiyaya müharibə elan etdi. I Pyotr buralardakı xristianlara türklərdən azad etmək üçün gəldiyini bildirən yağlı vədlər verdi. Məqsədi bölgədəki xristianları da osmanlılara qarşı vuruşdurmaq idi. Krım ordusu ilə birləşən Osmanlı ordusu Prut çayı sahilində rusları sıxışdırdılar. Ruslar sülh təklif etdi. Müqavilə imzalandı. Müqaviləyə əsasən Azov qalası yenidən türklərə veriləcək. Yeni qalalar söküləcək və Krıma illik vergi veriləcək. Lakin, müdafiədən çıxan ruslar sazişin heç bir bəndini yerinə yetirmədilər.
1735-1739-cu illər savaşı. 1736-cı ildə güclənmiş rus ordusu əllərindən çıxmış Azovu 96 gün mühasirədə saxladıqdan sonra tutdular. Digər qol Krıma daxil oldu. Girdikləri yerləri qarət etdilər. Bu əsnada Avstrya rusları sülh sazişi imzalamağa razı salacağına inandıraraq Osmanlının başını qatdı. Əvəzində Avstrya Rusiya ilə birləşərək Vidin, Niş, Əflaq və Bosniya tərəfdən hücuma keçdilər. Bu müharibə Osmanlının qələbəsilə başa çatdı. Nəticədə Belqrad sülh müqaviləsi imzalandı. Sazişə görə Banat bölgəsi xaric, avstryalıların daha əvvəl tutduqları bütün ərazilər Osmanlıya verilir. Rusiyaya gəlincə, Azov qalası dağıdılıb ətrafı boşaldılmalıdır. Rusiya Krımdan geri çəkiləcək və Qara dənizdə heç bir gəmisi olmayacaq.
1768-1774-cü illərdə daha bir Osmanlı – Rusiya müharibəsi baş tutdu. Müharibə Rusiyanın qələbəsi ilə nəticələndi. Kiçik Qaynarca sazişinin şərtlərinə görə Osmanlının Krımdakı 296 illik hakimiyyətinə son qoyuldu. Krım xanlığı müstəqil dövlət oldu. Bundan əlavə Osmanlı Rusiyaya 3 il ərzində 750 min axça hərbi təzminat verməliydi. Osmanlı dövləti bu vaxta qədər belə biyabırçı müqavilə imzalamamışdı. Bu məğlubiyyətə dözməyən Osmanlı sultanı III Mustafa 1774-cü ildə vəfat etdi.
1787-1792-ci illər savaşı. 1780-ci ildə Rusiya ilə Fransa Osmanlını bölüşdürmək haqda razılığa gəldilər. Rusiya müstəqil Krımı işğal etdi. Rusiya çariçası II Yekaterina İstanbulu almağı planlaşdırırdı. Hətta nəvələrindən birinə Konstantin adını qoymuşdu. Hərbi Dəniz Donanması Osmanlı ilə müqayisədə daha güclü olan Rusiya 1787-1792-ci illərdə baş vermiş müharibədə Osmanlını Yaş sazişini imzalamağa məcbur edir. Sazişin şərtlərinə görə Buğ və Dnestr çayları arasındakı ərazi Rusiyaya verildi.
1806-1812. Napoleonun apardığı işğalçı müharibələr Osmanlı imperiyası ilə Rusiya imperiyasını yaxınlaşdırdı. 1805-ci ildə imzalanmış müqaviləyə görə, rus hərbi gəmiləri Bosfor və Dardanel boğazlarından keçmək hüququ aldı. Lakin rusların Valaxiya və Moldovada, ingilislərin isə Misir və Suriyada fəallaşması Austrelis döyüşündən sonra Osmanlını Fransa ilə yaxınlaşdırdı. 1806-cı ildə rus qoşunlarının Valaxiya və Moldovanı tutması Osmanlının Rusiyaya müharibə elan etməsinə səbəb oldu. Osmanlıların Fransanın köməyi ilə Krımı qaytarmaq cəhdi alınmadı. 1812-ci il mayın 16-da Buxarest sülh müqaviləsi bağlandı. Sülhün şərtlərinə görə Bessarabiya Rusiyaya keçdi. Dunay çayında rus gəmilərinin üzmə hüququ təsdiq edildi. Moldova və Valaxiya Osmanlıya qaldı, Serbiyaya isə özünüidarəetmə hüququ verildi.
1828-1829. Qafqaz və Balkan cəbhələrində aparılan savaş Rusiyanın güclü qələbəsi ilə sona çatır. Nəticədə, Ədirnə səhərində bağlanan sülh müqaviləsinə görə Türkiyə şimalda Anapadan başlayaraq, Qara dənizin şərq sahillərini Rusiyaya güzəştə getdi. Bosfor və Dardanel boğazları Rusiyaya ticarət gəmiləri üçün açıq saxlanılırdı.
Krım müharibəsi. 1853-1856-cı illərdə baş vermişdir. Böyük Britaniya, Fransa və Sardiniya krallığının Osmanlı dövlətinin tərəfində müharibəyə qatılması ilə bu müharibə, Avropa dövlətlərinin Rusiyanı Avropa və Aralıq dənizindən kənarda saxlamaq məqsədi ilə apardığı bir müharibəyə çevrilmişdir. Müharibə müttəfiqlərin qələbəsi ilə başa çatmışdır. Paris Sülh Konqresinin şərtlərini diktə edən Qərb dövlətləri olduğu üçün, onların istəyinə uyğun olaraq da Qara dənizdə Rusya və Osmanlı qüvvələr balansının bərabər səviyyədə qorunması sazişdə yer alır.
93 hərbi. 1877-1878-ci illər Osmanlı-Rusiya müharibəsinin başqa adıdır. Rusiya Balkan və Qafqaz cəbhələrində yenidən Osmanlı ordusu üzərinə keçdi. Ruslar Balkan cəbhəsində çətinliklə də olsa irəliləyə bildilər. Qafqaz cəbhəsində Ərzuruma qədər gələn ruslar öldürücü zərbə ilə İstanbula hücum etmək istəyirdilər. Sultan II Əbdülhəmid kimi bir dahi belə, rusların qabağında dura bilmədi. Belə ki,San-Stefano sülh müqaviləsinə əsasən bütün Çernoqoriya, Serbiya və Rumıniya müstəqil dövlətlər elan edildilər.Osmanlı imperiyası daxilində Bosniya və Herseqovinaya muxtariyyət verildi. Bolqarıstan Türkiyədən vassal asılılığında dövlət elan olundu. Batum, Ərdəhan, Qars, Bayazid və Cənubi Bessarabiya Rusiyanın tabeliyinə keçdi. Türkiyə Epirə, Fessaliya və Albaniyaya daxili özünüidarə hüququ verməyi, Türkiyənin şəhərlərində ermənilər yaşayan ərazilərdə islahatlar keçirməyi və s. öhdəsinə götürdü. Anadoluda Qərbin və Rusiyanın dəstəyilə ermənilərin dövlət qurmaq xülyası yaranmağa başladı.
I Dünya Müharibəsi. Osmanlının sonuncu iki padşahı sultan Rəşad və sultan VI Vəhdətdinin hakimiyyətləri dövründə Osmanlı I Dünya Müharibəsində iştirak etdi. Rusiya ilə rəqib oldu. İngiltərə və Fransa Osmanlının Yaxın Şərqdə ərazilərini bölüşdürməklə məşğul olduğu bir vaxtda, Rusiya Qafqaz istiqamətindən Türkiyəyə sürətlə hücuma keçdi. 1916-cı ilin fevralında Ərzurum, qışında Trabzon rusların əlinə keçdi. Ruslar İstanbula daha da yaxınlaşdılar. Ancaq 1917-ci ilin fevralında Rusiyada çarı devirirlər. Oktyabrda isə bolşeviklər hökumət binasını ələ keçirirlər. Ardınca isə Rusiya öz qoşunlarını Türkiyənin indiki ərazisindən bir dəfəlik çıxardır. Buradan aydın bilinir ki, Rusiyadakı üst-üstə baş vermiş çevrilişlərin arxasında İngiltərə və Fransa durur. Hər nə qədər onlar bu müharibədə Rusiyanın müttəfiqi olsalar da, rusların Osmanlı və İstanbulu ələ keçirməsini istəmirdilər. Çünki, Rusiya İstanbulu ələ keçirərdisə, bu yaxın gələcəkdə İngiltərə və Fransa, bütövlükdə isə bütün Avropa üçün möhkəm başağrı olacağını bilirdilər. Beləliklə, bu müharibə Osmanlı ilə Rusiya arasındakı sonuncu savaş olur. Bu müharibə nəticəsində isə Osmanlı dövləti tamamilə dağılır. 5 il keçdikdən sonra isə Osmanlının yerində onun xələfi indiki Türkiyə Cümhuriyyəti qurulur.
buy cheap cialis discount online noncyanogenus, through the addition of a methoxime moiety at carbon 23 18