Bizimsesimiz.info // Rusiya prezidenti Vladimir Putin, Azərbaycan prezidenti İlham Əliyev və İran prezidenti Həsən Ruhani Dövlət Başçılarının II Üçlü Zirvə Toplantısında İranın paytaxtı Tehranda bir araya gəliblər.

İranlı tələbələr informasiya agentliyi ISNA-nın xəbərinə görə, İranın ev sahibliyilə keçirilən II Dövlət Başçılarının Üçlü Zirvə Toplantısında Azərbaycan prezidenti İlham Əliyev və Rusiya prezidenti Vladimir Putin sammit çərçivəsində getdikləri Tehranda İran lideri Əli Xamneyi və ölkə prezidenti Həsən Ruhani ilə ayrı-ayrılıqda görüşüblər.

H.Ruhani Rusiya ilə Suriyadakı əməkdaşlıq sayəsində terrora qarşı tam qələbə qazananadək qədər davam edəcəklərini söyləyib. İran prezidenti deyib: “İran Rusyanın qonşusu və strateji tərəfdaşıdır. Rəsmi Moskva İran Nüvə Proqramı Müqaviləsini qorumaq üçün təsirli rol oynayır”.

Rusiya prezidenti Vladimir Putin çıxışında həm bu, həm də Azərbaycan prezident İlham Əliyevlə iki ölkə arasındakı münasibətlərin strateji tərəfdaşlıq səviyyəsində olduğunu bilidirb. O, İ.Əliyevə: “Tez-tez telefonda danışıb görüşməyimizə baxmayaraq, sizi Tehranda gördüyümüz üçün çox məmnun oldum. Çünki ölkələrimiz arasında xüsusi əlaqə var. Münasibətlərimiz strateji tərəfdaşlıq səviyyəsindədir… Rusiya və Azərbaycan arasında ilin ilk 9 ayında ticarət həcminin təxminən 62 faiz artıb. Başqa sahələr və regional məsələlərlə bağlı da daim təmasdayıq”.

Üçlü liderlər sammiti Rusiya, Azərbaycan və İran ölkə başçıları tərəfindən imzalanan birgə bəyanatla sona çatıb.

H.Ruhani Tehran bəyannaməsinin Bakıda verilən ortaq qərarların tamamlayıcı və sürətləndirici xarakter daşıdığını bildirərək deyib: “İran, Rusiya və Azərbaycan neft və qaz baxımından zəngin üç ölkədir. Birgə səyimiz ölkə iqtisadiyyatlarımızın daha sürətli inkişafına yol açacaq… İran, Rusiya və Azərbaycan arasında yaradılacaq müştərək investisiya fondu iqtisadiyyatın müxtəlif sahələrində üç ölkənin güc və əməkdaşlıq potensialını artıracaq… Sammitdə regional məsələlərlə yanaşı, energetika, nəqliyyat və tikinti sahələri üxrə də əməkdaşlıq sahələrinə diqqət çəkildi. İranın cənubundakı Bəndər Abbas limanıını Helsinkiyə birləşdirəcək şimal-cənub nəqliyyat dəhlizi layihəsinin İranın Rəşt-Astara ayağı yaxın zamanda başa çatacaq. Sözügedən layihə Rusiya, İran və Azərbaycanın birgə səylərini artırmaq niyyəti daşıyır”.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here