Türkiyənin Van şəhərində Jandarma komandanlığında xidmət göstərən qadın hərbçi leytenant Sümeyra terrorçuların qorxulu röyasına çevrilib.

Van Jandarma komandanlığında “Əjdahalar” bölüyündə xidmət göstərən bu qadın hərbçi sözügedən bölüyün komandiri olaraq həmin bölgədə əməliyyatlara çıxır. Sümeyra Karlı Van Jandarma komandanlığında xidmət göstərən tək qadındır. Sümeyra “Əjdahalar” bölüyünün komandiri olmaqla yanaşı, bölgədəki qadınalara da təlim keçir.

Sümeyranın dediyinə görə, onda hərbçi olmaq həvəsi hazırda təqaüddə olan keçmiş kənd qoruyucusu olan atasından və küçələrdə gördüyü formalı əsgərlərdən qaynaqlanıb. 28 yaşlı qadın hərbçi tutduğu vəzifədən qürur duyduğunu da dilə gətirib.

2010-cu ildən çavuş olaraq xidmətə başlayan Sümeyra bu günə qədər Türkiyənin bir çox şəhərlərində müxtəlif hərbi vəzifələri icra edib.

2016-cı ildə rütbəsinin artırılması üçün imtahanlara girən Sümeyra 2017-ci ildə Ankarada “Beytepe”də yerləşən Jandarma və Sahil Mühafizəsi Akademiyasından leytenant rütbəsində məzun olub. Daha sonra Van şəhərinə Jandarma komandanlığına təyin edilib.

7 aydır ki, Vanda xidmət edən leytenant S.Karlı hazırda həmin bölgədə terror təşkilatı olan PKK-nın kabusu adlandırılır. O, komandiri olduğu “Əjdahalar” bölüyü ilə qarlı hava şəraitində əməliyyatlara çıxır.

Картинки по запросу Teğmen Karlı,

Hərbçi olmağın sabitlik və qərarlılıq tələb etdiyini söyləyən Sümeyra bunları deyib:
 “Sözsüz ki, çox çətin bir peşədir. Təlimləri çox ağırdır. Bu işin qadını-kişisi yoxdur. Hərbçi olmağa qərar verdinizsə, bütün çətinlikləri gözə aldınız deməkdir. Bəzən deyirlər ki, bu iş kişi işidir, qadınların hərbçi olması cəsarət tələb edir. Lakin hər zaman unutmadığım bir söz var: “Ömürboyu xoşbəxt olmaq istəyirsinizsə, sevdiyiniz işi görün”. Mən də sevdiyim işi görürəm. Sevdiyim ölkəmin insanlarına xidmət edirəm”.

Картинки по запросу Teğmen Karlı,

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here