Bu gün Tribuna İnformasiya Agentliyinin (Tia.az) 8 yaşı tamam olur. 2009-cu il oktyabırın 6-da Azərbaycan internet məkanına TİA.AZ saytı da qoşuldu. Həmin dövrdə xəbər portallarının sayı olduqca az idi. Bu həm də həmin dövrdə Azərbaycanda sosial şəbəkələrdən və internetdən istifadə edənlərin sayının az olması ilə bağlı idi. Lakin TİA.AZ xəbər portal olaraq, qısa zamanda  oxucu diqqətini və rəğbətini qazana bildi. Və artıq 8 ildir ki, TİA.AZ-ın daimi oxucuları var. Ölkəmizdə və dünyada baş verən müxtəlif siyasi, iqtisadi xəbərlərlə TİA.AZ hər zaman dəqiqlik və operativlik nümayiş etdirdi. 8 il beləcə keçdi…

Bu gün Azərbaycan internet məkanında xəbər saytlarının sayı artmaqdadır. TİA.AZ da bu 8 il müddətində yeniliklərlə oxucuların xəbərə tələbatını ödəməyə çalışır. Artıq saytda hər hansı hadisə və xəbəri oxucular təkcə foto və yazılı mətndə deyil, həm də video materiallarda da görürlər. Bundan əlavə müxtəlif bölgələrimizdə yaşayan vətəndaşlarımız müxtəlif sosial problemlərinin işıqlandırılmasında  bizə müraciət edir. Mətbuatda, ədəbiyyatda imzası ilə tanınan yazarlarımız bizimlə əməkdaşlıq edir.
TİA.AZ bu sahəyə yeni gələn yazarlara da dəstək olur, onların ilk qələm təcrübələrinə portalımızda yer verir. Bir sözlə, TİA.AZ oxucuların ona olan böyük inamını doğrulda bilib. Bu günə qədər bu xəbər portalında zəhməti keçmiş hər bir həmkarımıza dərin təşəkkürümüzü bildirir və  bu gün münasibətilə kollektivimizdə hər kəsi təbrik edirəm!

Nüşabə

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here