Tiflisdən İrəvana sərt cavab: Ümidinizi kəsin
Bizimsesimiz.info // Tiflis İrəvan-Tiflis-Suxumi-Moskva dəmiryolunun açılması məsələsini nəzərdən keçirmir.
Axar.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Gürcüstan Baş nazirinin Rusiya üzrə xüsusi nümayəndəsi Zurab Abaşidze söyləyib. Onun sözlərinə görə, Rusiya-Gürcüstan danışıqlarında Ermənistana tranzit dəhlizinin açılacağı ilə bağlı ümid verə biləcək məqam yoxdur.
Qeyd edək ki, Ermənistanın Nəqliyyat naziri Vaan Martirosyan, tezliklə, İrəvan-Tiflis-Suxumi-Moskva dəmiryolunun açılacağına ümid etdiyini bildirmişdi.