Tövrat və İncildə faiz anlayışı

Dünya maliyyə sistemi faizli borca söykənən sistem üzərində qurulmuşdur. Faiz (ərəbcədə riba) tarixi insanlığın tarixi qədər qədimə gedib çıxır. Faiz anlayışı keçmişdən bu günə qədər həmişə filosoflar, alimlər və araşdırmaçılar arasında müzakirə mövzusu olmuşdur. Qədimdən XVIII əsrə qədər faiz əməliyyatlarına qarşı qadağalar hökm sürmüşdür. Bu dövrdən sonra laik sistemin və liberal düşüncənin yayılması ilə əlaqədar olaraq faizin leqallaşdırılması həyata keçirilmişdir. Faiz müasir dövrdə dövlətlər səviyyəsində və sosial həyatda leqallaşdırılmış və dünya maliyyə sisteminin əsasında faiz durur. Mövcud dünya maliyyə sistemi faizi mövcud sistemin ayrılmaz ünsürü olaraq qəbul etməkdədir. Bütün səmavi dinlərdə faiz qadağan edilməsinə baxmayaraq, faiz dünya iqtisadi sistemində borc vermə mexanizminin hərəkətverici qüvvəsi halında çevrilmişdir. Faiz ilə əlaqədar Tövrat və İncildəki ayələrə nəzərə yetirək.

 Qədim Məkkəlilərin ribəvi borclardakı (faizə söykənən borc)  metodu borclunun borcunu ödəmədiyi vəziyyətdə müddəti uzadıb ödəmə miqdarını artırılması (cahiliyyə ribası) metodu idi. Yəhudilər Mədinə şəhərində xalqa qida, dirhəm və dinarı borc olaraq verir və qarşılığında yüksək riba alırlardı. Yəhudilər arasında keçmişdən bu günə qədər geniş yayılan riba borc qarşılığında alınan ribadır. Ərəb yarımadasında ribanın yayılmasının ən önəmli səbəbi Fələstin və Yəməndən oraya köçən Yəhudilərdir. Ərəblər, Yəhudilər və Xristianlar arasında olan riba növü verilən borcun ödənilmədiyi vəziyyətdə müddəti uzadıb ödəmə miqdarını artırılması formasında olan faiz növü “cahiliyyə ribası (ribə-nəsiə)”dır.

        Yəhudilikdə faizçilik açıq-aşkar surətdə qadağan edilmişdi. Tövratda faizlə bağlı rəvayətlər aşağıdakılardır.

  • Yoxsul bir yəhudiyə bor olaraq bir malı verdiyində ona qarşı sələmçi (faizçi) kimi davranma və ondan faiz tələb etmə. (Ahdi-Ətiq, Çıxış bölümü, bab 22, ayət 25)
  • Əgər qardaşın yoxsullaşır və sənə ehtiyac əlini uzadarsa ona yardım et. Xarici də olsa məmləkətindən də olsa səninlə birlikdə yaşaması üçün ona yardım et. Allahdan qorx və ondan faiz alma. (Ahdi-Ətiq, Levililər bölümü, bab 25, ayət 35-37)
  • Qardaşından faiz tələb etmə. Nə nəğd pula, nə yeməyə, nə də başqa bir şeyə qarşılıq borc verə bilməzsən. Sadəcə xarici birinə faizli borc verə bilərsən. (Ahdi-Ətiq, Təsniyə bölümü, bab 23, ayət 19-20 )

 İbrani dilindəki Tövrat mətnində “nəsək” və “nəsah” terminləri “usury” mənasındadır. Bu “nəsək” sözü “loxma, parça” mənalarını verir. Yenə Tövrat digər versiyalarında isə “ribit” “tarbit” və yaxud “marbit” kəlmələri istifadə edilir ki, bu bir “artma, artıqlıq” mənasına gələn “riba” kəlməsi ilə eyni mənadadır. Yenə Tövratda keçən “noshem” termini, “borc verən” mənasını daşıyır. “Noşhəm” kəlməsi xalqa borc vermə əməliyyatları üçün istifadə edilən bir termindir. “Lavah” termini isə dostlara və ailə üzvlərinə borc vermə əməliyyatları üçün işlədilən bir termindir. Təhrif olunmuş İncildə də Tövratda olduğu qədər faizlə əlaqədar açıq hökmlər olmamaqla bərabər, xoş qarşılanmadığına dair bəzi ayə və cümlələrə rast gəlinməkdədir.

  • Amma düşmənlərinizi sevin, onlara yaxşılıq edin və heç bir şey ummadan borc verin……..” (Luka 6/33-35).
  • Kəmərlərinizə nə qızıl, nə gümüş, nə də mis qoyun  (Matta 10/9)

 Göründüyü kimi bir qarşılıq gözləmədən yaxşılıq etmək də doğru bir davranış olaraq qəbul edilməməkdədir. “Bir yaxşılıq gözləmək üçün kömək etsəniz”, “bəzilərinə, ondan qarşılıq ummaq üçün borc verirsiniz” cümlələri buna işarə etməkdə və faizin onlarda da qınandığını göstərməkdədir. Yəhudilik və Xristianlıqda Səmavi Kitabların əsllərinin təhrif edilməsi nəticəsində həm ribanın tərifi düzgün verilməməsi, həm də Yəhudilərin digər millətlərə irqçi düşüncələri, həm  laik sistemin və həm də liberal düşüncənin yayılması ilə əlaqədar olaraq faiz bu günkü istismarçı alət halına gəlmişdir.

 Mənbə: “Səmavi dinlərdə və fəlsəfi düşüncədə borc faizi anlayışı” məqaləsi, Samir Ağayev, ( Azərbaycan Dövlət İqtisad Universiteti // Azərbaycan İqtisadiyyatı Müstəqillik İllərində Respublika Elmi Konfransının Materialları // BAKI // 2022, http://unec.edu.az/application/uploads/2015/01/konfrans-materiallar-M-st-qillik-qapaqla.pdf)

Müəllif: Samir Ağayev

4 COMMENTS

  1. I’ve been searching for hours on this topic and finally found your post. totosite, I have read your post and I am very impressed. We prefer your opinion and will visit this site frequently to refer to your opinion. When would you like to visit my site?

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir