Xəbər verdiyimiz kimi, iyulun 1-dən etibarən toy, nişan, ad günləri mərasimlərinin keçirilməsinə icazə veriləcək. Daxili İşlər Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev açıqlamasında deyib ki, 50 nəfərlik toylarda oynayarkən maska taxmaq zəruri deyil. Qurum rəsmisi bildirib ki, 50 nəfərə qədər tədbirlərdə, yəni toy, nişan, ad günü və digər mərasimlərdə tibbi maska tələbi mütləqdir: “Həmin mərasimlərdə COVİD pasportu və immunitet sertifikatı tələb olunmadığına görə, mütləq qaydada tibbi maskadan istifadə edilməlidir. Çünki həmin məkanda yoluxma riski yüksəkdir, orada COVİD daşıyıcıları ola bilər.

Bütün bu ehtimallar, eləcə də ÜST və digər ölkələrin təcrübəsi nəzərə alınaraq belə bir qərar verilib ki, vətəndaşlarımızı maksimum dərəcədə bu təhlükədən qoruyaq. Hər birimiz ciddi qaydada bu tələblərə riayət etməliyik. 50 nəfərdən 150 nəfərə qədər olan mərasimlərdə isə maska tələbi yoxdur. Çünki məkana daxil olan şəxs mütləq qaydada nəzarətdən keçir və COVİD pasportunu göstərir”.

E.Hacıyev deyib ki, heç bir halda polis həmin tədbirə gedib müdaxilə etməyəcək və insanların əyləndiyi zaman yaxınlaşıb, toyun gedişatına mane olmayacaq: “Bütün normalar mərasimin təşkilinə 5 gün qalmış tənzimlənəcək. Tələb odur ki, yalnız toya qədər 5 gün ərzində tərəflər məlumatlandırılsın. Heç bir halda polisin marağında deyil ki, hansısa vətəndaşın şad günündə ona müdaxilə etsin. Ona görə güclü təbliğat aparırırq ki, vətəndaşlarımız elementar normaları bilsinlər. Əgər orda qayda pozulursa, barələrində inzibati məsuliyyət tədbiri nəzərdə tutula bilər. Ona görə də bu, qarşılıqlı hörmətə əsaslanmalıdır. Vətəndaşdan tələb olunan odur ki, qaydalara riayət etsin”.

Tibb elmləri üzrə fəlsəfə doktoru Rəşid Mahmudov “Şərq”ə açıqlamasında bildirib ki, yeni toy qaydaları düzgün deyil. Tanınmış həkim qeyd edib ki, ümumiyyətlə, 50 nəfərə qədər tədbirlərdə, yəni toy, nişan, ad günü və digər mərasimlərdə tibbi maska tələbinin mütləq olması isə ümumiyyətlə, düzgün olmayan bir qərardır:

“Hesab edirəm ki, toylara icazə veriləcəkdisə, belə məhdudiyyətlərə heç bir ehtiyac yox idi. Verilən qərarlar həqiqətən də gülünc qərarlardır. Necə olur ki, 50 nəfər şəxs yemək yeyərkən maska taxmalıdır, oynayarkən ehtiyac yoxdur maskaya? Guya belə əsaslandırılır ki, 50 nəfərlik toyda vaksin pasportu tələb olunmur, ona görə, maska taxmaq məcburidir. Onda belə çıxır ki, həmin toyda vaksin olunan varsa, o da maska taxmalıdır. Bu günləri minlərlə insan futbol meydanında futbol oynayırlar. Hətta milyonlarla insan arenada oturub futbola baxır. Bəs, onlar virusa yoluxmurmu? Bir sözlə, verilən qərarlar yanlışdır”.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here