Tramp əsassız ittihamlarına görə İran xalqından üzr istəməlidir – Həsən Ruhani

Bizimsesimiz.info // ABŞ prezidenti Donald Tramp Tehrana qarşı əsassız ittihamlarına görə İran xalqından üzr istəməlidir.

Bunu İran prezidenti Həsən Ruhani bildirib. “Vaşinqton nüvə proqramı ilə bağlı imzalanan sazişdən çıxacağı ilə İranı təhdid edir. Bu səbəbdən Ağ Ev rəsmilərilə görüşə ehtiyac duymuram. Əvvəl Tramp BMT Baş Assambleyasında çıxışında İran xalqını təhqir etdiyi üçün ondan üzr istəməlidir”, – deyə o bildirib.

Qeyd edək ki, BMT Baş Assambleyasının 72-ci sessiyasında çıxış edən ABŞ prezidenti Donal Tramp İranla bağlanmış nüvə sazişini tənqid edib və İrandakı rejimi demokratiya arxasında gizlənən korrupsiyalaşmış diktatura adlandırıb. // SalamNews

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir