Tramp ABŞ mətbuatından üzr tələb etdi

Bizimsesimiz.info // ABŞ prezidenti Donald Tramp yerli mətbuatın ondan üzr istəməsini tələb edib.

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, o bunu haqqında yayılan yalan məlumatlarla bağlı tələb edib.

“Feyk xəbərlərin sayı həddən artıq çoxdur. Bütün qeyri-dəqiq materiallara görə məndən üzr istənilməlidir” – deyə Tramp “Twitter-də yazıb.

Tramp hələ prezident seçkiləri kampaniyası zamanı mətbuatı “feyk xəbərlər” yaymaqda ittiham etmişdi.