Bizimsesimiz.info // ABŞ prezidenti Donald Tramp etiraf edib ki, onun Avropa İttifaqı (Aİ) ilə bir çox problemləri var.

“Report” RİA “Novosti”yə istinadən xəbər verir ki, ABŞ liderinin qənaətinə görə, ticarət mələlələrində rəsmi Brüsselin ABŞ-a qarşı sərgilədiyi münasibət qeyri-səmimidir.

“Mənim Avropa Birliyi ilə bir çox problemlərim var. Bu, ticarət nöqtəyi-nəzərindən daha mühüm məsələyə yol aça bilər. Ticarət məsələlərinə gəldikdə, Avrova İttifaqı ABŞ-a qarşı münasibətdə qeyri-səmimi davranır”, – deyə o bildirib.

ABŞ lideri vurğulayıb ki, ölkəsindən olan məhsullar Aİ bazarına “çox çətin” daxil ola bilir.

“Buna rəğmən onlar bizə öz məhsullarını ya vergisiz, ya da çox cüzi vergi ilə göndərə bilirlər. Bu, çox qeyri-səmimidir”, – deyə Tramp vurğulayıb.

Onun qənaətincə, bu məsələdə təkcə Avropa Birliyi ölkələri yox, digər dövlətlər də ABŞ-a qarşı qeyri-səmimidir. Lakin Ağ Ev rəhbəri həmin ölkələrin adlarını açıqlamayıb.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here