Bizimsesimiz.info // Donald Tramp Twitter səhifəsində paylaşdığı anti-müsəlman motivli videolara görə üzr istəyib.

Bizimsesimiz.info milli.az-a istinadla xəbər verir ki, Donald Tramp Davosda aparıcı Piers Morqanla müsahibəsi zamanı “Good Morning Britain” verilişində çıxış edərək onun təkidi ilə üzr istəyib.

“Onlar barədə məlumatım yoxdur. Əgər onların irqçi olduqlarını bilsəydim, üzr istəyərdim”, – deyə Donald Tramp vurğulayıb.

Qeyd edək ki, Donald Trampın anti-müsəlman motivli videoları Britaniya ilə Amerika arasındakı diplomatik münasibətlərin pozulmasına gətirib çıxarmışdı. Həmin tvit-də Tramp Britaniyadakı sağçı, faşist “Britain First” təşkilatını faktik olaraq reklam etmişdi. Britaniyanın baş naziri Tereza Mey islamofob tvit-ə görə D.Trampı sərt tənqid etmişdi. Həmin tvit-dən sonra Britaniya parlamentində hətta Trampın ölkəyə girişinin yasaqlanması tələb olunmuşdu.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here