Tramp demokratları cinayətkarlığın partiyası adlandırıb
Amerika lideri Donald Tramp Demokratlar Partiyasını ittiham edib.
“Report” xarici mətbuata istinadən xəbər verir ki, Ağ Ev rəhbəri siyasi rəqiblərinin ABŞ-ı Venesuelaya çevirmək istədiyini bildirib.
ABŞ rəhbəri Tennessi şəhərində çıxışı zamanı demokratların sərhədlərin təhlükəsizliyi və miqrasiya məsələlərinə dair mövqeyini tənqid edib.
“Demokratlar cinayətkarlıq partiyasıdır. Onlar sizin küçələri xarici cinayətkarlarla doldurmağa hazırlaşırlar”, – deyə o bildirib.
Tramp siyasi təşkilatı “cinayətkarlığın partiyası” adlandırıb.