Tramp FTB liderini təhdid edib?
Bizimsesimiz.info // ABŞ Prezidenti Donald Trampın FTB-nin keçmiş direktoru Ceyms Komini səs yazısı ilə təhdid edərək işdən qovub.
Axar.az xəbər verir ki, bu iddia ilə çıxış edən DHA-da Rusiyanın seçkilərə mümkün müdaxiləsindən söz açılıb.
Tramp isə Tvitter hesabında paylaşımında bildirib ki, onda hər hansı səs yazısı yoxdur. Qeyd edilən məsələ barədə də hər hansı fikrinin olmadığını söyləyib.
Komi də işdən çıxarılmasına səbəb olaraq, prezident seçkiləri ilə bağlı apardığı araşdırmalar olduğunu göstərib.