Bizimsesimiz.info // ABŞ prezidenti Donald Tramp Londonun meri Sadiq Xanın şəhərdə baş verən terror hadisəsindən sonra verdiyi açıqlamanı pisləyib.

“Qafqazinfo” xəbər verir ki, prezident bu barədə Tvitter-də yazıb. Belə ki, Sadiq Xan hadisədən sonra verdiyi şərhdə sakinlərə “narahat olmayın”, – deyə müraciət edib.

Tramp isə bu məsələyə belə münasibət bildirib: “Ən az 7 ölü və 48 yaralı var. Londonun meri isə deyir ki, narahatlığa heç bir əsas yoxdur”.

Qeyd edək ki, Sadiq Xan bildirmişdi ki, parlament seçkilərini 4 iyun gecəsi baş verən terror hadisəsi ilə bağlı təxirə salmağa ehtiyac yoxdur.

Xatırladaq ki, Sadiq Xan Böyük Britaniyanın Leyboristlər Partiyasından mer seçilmiş ilk müsəlmandır.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here