ABŞ prezidenti Donald Tramp müsəlmanlara nifrət etdiyi barədə yayılan məlumatları yalan adlandırıb.

Trend-in məlumatına görə, amerikalı lider bu barədə Böyük Britaniya televiziyasına müsahibəsində deyib.

“Müsəlmanlardan nifrət edirsinizmi?” – sualına D.Tramp “Yox, bu yalandır” – deyə cavab verib.

ABŞ prezidenti əlavə edib: “Mən bütün insanları sevirəm, amma əgər insanlar pisdirsə, bunun üçün cəza olmalıdır. Mənim müsəlmanlarla yaxşı münasibətlərim var və mən prezident seçkiləri ərəfəsində müsəlmanlardan dəstək görmüşəm”.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here