Tramp Putinlə razılaşmadan imtina etdi

Bizimsesimiz.info // Prezident Donald Tramp ABŞ və Rusiya arasında kibertəhlükəsizlik üzrə işçi qrupun yaradılacağı barədə xəbərləri təkzib edib.

İKT.lent.az-ın xəbərinə görə, D. Tramp bunu özünün “Twitter” səhifəsində yazıb. “Prezident Putinlə kibertəhlükəsizlik üzrə qrupun yaradılmasını müzakirə etməyimiz o demək deyil ki, bu, mümkündür. Mümkün deyil”, – deyə o, bildirib.

Rusiya Federasiya Şurasının üzvü Aleksey Puşkov D. Trampın “tvit”ini şərh edib. “Tramp total müxalifət qarşısında geri verdi. Böyük basqı altındadır. Bu, onun günahı yox, bəlasıdır”, – deyə rusiyalı senator qeyd edib.

Xatırladaq ki, Rusiya prezidenti Vladimir Putin G20 sammitinin yekunları ilə bağlı mətbuat konfransında Trampla görüşdə kibertəhlükəsizlik üzrə işçi qrupun yaradılması barədə razılığa gəldiklərini açıqlamışdı.