Tramp qərar verdi: Səfirlik Qüdsə köçürülür

Bizimsesimiz.info // Qüdslə bağlı çoxdan qərar verilməli idi.

Axar.az xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Donald Tramp hökumət üzvlərinin iştirakı ilə keçirilən toplantıda deyib.

“Bir çox prezident bununla bağlı nələrisə edəcəyini söylədi. Lakin ya cürətdən, ya da fikirlərin dəyişməsindən dolayı heç nə etmədilər”, – Ağ Ev rəhbəri bildirib.

Tramp qeyd edib ki, iyirmi ildən çoxdur yekun barışıq əldə edə bilməmişik:

“Düşünürəm ki, Qüdsü İsrailin paytaxı elan etmənin zamanı gəldi”.

Qeyd edək ki, Konqres ABŞ səfirliyinin Qüdsə köçürülməsi haqqında qərarı 1985-ci ildə versə də, indiyə qədər bu qərarın icrasına ölkə prezidentləri tərəfindən veto qoyulub.

“Bu həqiqətin qəbul edilməsindən baş bir şey deyil. ABŞ səfirliyinin Qüdsə köçürülməsi ilə bağlı Dövlət Departamentinə təlimat verirəm. Bu qərar, sülh müzakirələrinə sadiqliyimizin pozulması anlamına gəlmir”, – deyə Tramp bildirib.

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir