Bizimsesimiz.info // ABŞ prezidenti Donald Tramp bəyan edib ki, Rusiya Şimali Koreyaya beynəlxalq sanksiyaları “keçirmək” üçün yardım edir.

“Report” xəbər verir ki, bu barədə “Qazeta.ru” “Reuters”ə istinadən xəbər verir.

“Rusiya bizə Şimali Koreya ilə bağlı heç kömək etmir. Bizə Çin kömək edir, lakin Rusiyanın etdikləri Çinin əməllərini heçə endirir”, – deyə Tramp bildirib.

Qeyd edək ki, “Reuters” bir müddət əvvəl Rusiyaya məxsus tankerlərin beynəlxalq sanksiyalara rəğmən Şimali Koreyaya yanacaq çatdırdığını bildirib.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here