Bizimsesimiz.info  // Yerinə adam gələnəcən hazırkı vəzifəsini icra edəcək Houp Hiks Rusiya ilə bağlı 8 saat ifadə verib.

ABŞ prezidenti Donald Trampın yanında ən uzun müddətdir xidmət edən müavini və Ağ Ev Kommunikasiya direktoru xanım Houp Hiks (Hope Hicksvəzifəsindən ayrıldı.

Bu barədə Ağ Evdən verilən yazılı açıqlamada H.Hiksin Donald Trampa, Ağ Evin də ona təşəkkürü qeyd edilib, ancaq istefa səbəbi açıqlanmayıb. Tramp da yazılı bəyanat verərək Ağ Ev Kommunikasiya direktoru Houp Hiksin bu günə qədər çox yaxşı işlər gördüyünü deyib.

Donald Trampa yaxın adlardan biri olan xanım Hiks onun ən uzun müddət xidmət edən müavini kimi tanınırdı. Yerinə adam gələnəcən hazırkı vəzifəsini icra edəcək Houp Hiks Rusiya ilə bağlı 8 saat ifadə verib. İstintaq davam edir.

Qeyd edək ki, ABŞ-da 8 noyabr 2016-cı ildə keçirilən prezident seçkilərində Moskvanın kiber hücumlar yolu ilə müdaxilə etdiyi iddiasıyla həm Konqres, həm də xüsusi səlahiyyətli prokuror Robert Mullerin rəhbərliyilə başlanılan araşdırmalar gedir.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here