“Trampın verdiyi sözə əməl etməsini gözləyirik”

Bizimsesimiz.info // Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu Amerika Birləşmiş Ştatlarının prezidenti Donald Trampın terror təşkilatı YPG-yə silah verilməyəcəyi sözünü praktiki də görmək istədiklərini bildirib.

Antalyada görüşlərdə olan M.Çavuşoğlu bu barədə deyib: “D.Tramp YPG ilə bağlı lazımi göstərişlər verib. ABŞ separatçı terror təşkilatı PKK-nın Suriya davamı YPG yerinə müttəfiqlərilə əməkdaşlığını gücləndirməlidir… Türkiyə sərhədinə keçən YPG-li terrorçu sayı ortadadır. Onlar hansı silahlarla keçir? O silahları PKK-lılara necə ötürür? Bu sənədlər də ortada. Bütün bunları ölkə başçımız Rəcəb Tayyib Ərdoğan amerikalı həmkarına çatdırdı. Cənab Tramp da “Mən göstəriş vermişəm, bundan sonra onlara silah verilməyəcək” dedi. Bu cəfəngiyyat çoxdan bitməli idi. Trampın verdiyi sözə əməl etməsini gözləyirik… Əslində ABŞ kimi bir ölkənin terror təşkilatları ilə işi olmamalıdır. Çünki ABŞ özü də terrordan çəkib, biz də çəkirik və buna görə terror təşkilatları ilə əməkdaşlıq əvəzinə müttəfiqlərlə əməkdaşlığın gücləndirilməlidir”.

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.