Tunisli qadınlara qeyri-müsəlman kişilərlə ailə qurmağı qadağan edən qanun qüvvədən düşüb. Yeni qərara görə, qadınlar müsəlman olmayan kişi ilə evlənməkdə sərbəstdirlər.

Bizimsesimiz.info BBC-yə istinadən xəbər verir ki, bu barədə  Tunisin prezidenti Beji Keyd Essebsinin mətbuat sözcüsü xəbər verib. O, qadınları bu münasibətlə təbrik edib.

Yeni qanun qəbul edilənə qədər isə qeyri-məsəlman kişi Tunisli qadınla evlənmək üçün İslam dinini qəbul etməli və bu barədə sertifikat təqdim etməli idi.

Tunisin 99%  əhalisi müsəlmandır. Bu ölkə qadın hüquqları baxımından digər ərəb ölkələrindən irəlidədir.

İnsan hüquqları təşkilatları qanunun ləğvi üçün kampaniya da başlatmışdı.  Evlilik qadağası qanunu 1973-cü ildə qüvvəyə minmişdi. Qadağa həmçinin  Ərəb baharı dövründə 2014-cü ildə qəbul edilənTunis dövlətinin konstitusiyasına da zidd idi.

Əksər tunislilər qadağanın götürülməsini qadın azadlıqlarının əldə edilməsində önəmli addım kimi görürlər.

Qadınlardan fərqli olaraq kişilərə qarşı belə bir qadağa qoyulmayıb. Onlar qeyri-müsəlman qadın ilə evlənmək hüququna malik olublar. Əslində qadınların ailə qurmasında önəmli rol oynayan ənənələrdir. Hər nə qədər qanun icazə versə də, bunun ailə zəminində necə reallaşacağı isə bəlli deyil. Lakin yeni qüvvəyə minən qanunun hüquqi cəhətdən qadınlara azadlıq verdiyi vurğulanır.

 

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here