Türk dünyasının böyük ziyalısı Murad Adcı vəfat edib.

Kumık əsilli Murad Adcı (Murad İsgəndəroviç Acıyev)türkoloq, coğrafiyaşünas, publisist, yazıçı kimi bütün türk dünyasınnın nəhəg aydınlarından biri idi.

Modern.az-ın məlumatına görə, Murad Adcı 9 dekabr, 1944-cü ildə Moskvada anadan olub.1969-cu ildə M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Coğrafiya İnstitutunu bitirib.

Murad Adcı bir çox dəyərli əsərlərin müəllifidir. Onun “Qıpçaq çölünün yovşanı” kitabındatürk-qıpçaq Attilanın Altaydan Avropaya apardığı mədəniyyətin təşəkkülündən danışılır. Burada uzunluğu 8 aylıq at yolu olan əzəmətli Dəşti-Qıpçaq dövlətinin gizli saxlanan tarixinin səhifələri mühüm yer tutur. Avropa və rus tarixçilərinin bu tarixin üstünə çəkdikləri qara örtük açılır, saxtakarlıq damğaları pozulur. Qıpçaqların dini, adət-ənənələri aşkarlanır, obyektiv tarixi siması göstərilir.

Allah rəhmət eləsin…

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here