Bizimsesimiz.info // Türk instrumental musiqi qrupu “Taksim Trio” Səudiyyə Ərəbistanının Ciddə şəhərində konsert verdi.

Səudiyyə Ərəbistanında yeni yaradılan və ölkədəki konsert və əyləncə tədbirlərini təşkil edən Baş Əyləncə İdarəsinin dəstəyi ilə Kral Abdullah İqtisadi Şəhərciyində verilən konserti çox sayda tamaşaçı izlədi.

Hüsnü Şənləndirici, Aytac Doğan və İsmayıl Tunçbiləkdən ibarət Taksim Trio qrupu üç saat davam edən açıq hava konsertində Türk musiqisi və türküləri ilə tamaşaçılara zövq dolu anlar yaşatdılar.

Hüsnü Şənləndirici konsertdən sonra açıqlama verərək Taksim Trio qrupunun illərlə Orta Şərqdə və müxtəlif ölkələrdə konsertlər verdiklərini bildirdi.

Şənləndirici: “Səudiyyə Ərəbistanına ilk dəfə gəlirik. Bu, Türk musiqi qrupunun son dəfə 1983-cü ildəki gəlişindən sonra Səudiyyə Ərəbistanında verilən ilk konsertdir. Dinləyicilərin mahnıları bildikləri bəlli olur, bizimlə birgə oxuyurlar” dedi.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here