Türkiyə döyüş təyyarələri 4 günlük fasilədən sonra Suriyanın Afrin bölgəsində YPG-yə (PKK terror təşkilatının Suriya qolu olan PYD-nin silahlı qanadı –red.) qarşı hava əməliyyatı keçirib.

Afrinin mərkəzi, Minnig hava limanı, Bafilun dağı və Raco bölgəsində terrorçuların mövqeləri bombalanıb.

Afrinin mərkəzində YPG-nin qərargahının vurulduğunu xəbər verən yerli mənbələr döyüş təyyarələrinin Münbiç üzərindən keçdiyini bildiriblər.

Qeyd edək ki, İdlibdə Rusiyanın “Su-27” təyyarəsinin vurulmasından sonra Suriyanın hava məkanı Rusiya təyyarələri üçün bağlanmışdı./publika.az

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here