Türkiyə əsgəri İdlibin qərbində, Rusiya isə şərqində

Bizimsesimiz.info // Türkiyə Silahlı Qüvvələri Suriyada İdlib əməliyyatını yürüdən müxalifətin Azad Suriya Ordusuna dəstək üçün səhər saatlarında 5 top atəşi açıb.

Suriyada neytral zonanın yaradılması üçün başlanan İdlib əməliyyatı davam edir.

Türkiyə Ordusunun İdlib əməliyyatındakı məqsədi Qazaxıstanın paytaxtı Astanada Rusiya və İranla varılan anlaşma çərçivəsində Suriya hökuməti və müxalifəti arasında atəşkəsi müşahidə etməkdir.

Türkiyə əsgəri İdlibin qərbində, Rusiya isə şərqində olacaq.

Türkiyə tərəfi 14 ayrı-ayrı nöqtədə 6 ay ərzində əməliyyat həyata keçirəcək.

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.