Türkiyə 25 min hərbçi ilə İdlib əməliyyatına başlayır
Bizimsesimiz.info // Qazaxıstanın paytaxtı Astanada keçirilmiş toplantıda Suriyanın Idlib şəhəri ilə bağlı vacib qərarlar qəbul edilib. Rusiya, Türkiyə və İran Idlibin aqibəti barədə razılığa gəliblər.
Bizimsesimiz.info SalamNews-a istinadən xəbər verir ki, Türkiyə hərbçilərinin Suriyanın İdlib şəhərində hansı ərazilərə yerləşəcəyi Astanada görüşündə dəqiqləşib. Məlumata əsasən, bu ay keçirilməsi planlaşdırılan əməliyyatda Türkiyə hərbçiləri Hatay vilayətinin Yayladağı və Reyhanlı rayonlarından Suriya ərazisinə daxil olacaq və İdlibin 50 kilometrliyinə qədər irəliləyəcəklər.
İblibdə təhlükəsizliyi təmin edəcək türk hərbçiləri istənilən vaxt əməliyyata başlaya bilərlər.
Əməliyyatda 25 min türk əsgərinin iştirakı nəzərdə tutulur.