Bizimsesimiz.info // Tehran ABŞ Müdafiə Nazirliyi (Pentaqon) tərəfindən dəstəklənən PKK/PYD terror təşkilatını hədəf alıb. İranın ali dini lideri Ayətullah Xameneinin beynəlxalq məsələlər üzrə müşaviri Əli Əkbər Vilayəti ABŞ-ın Fəratın şərqindən Suriyanı bölmək istədiyini bildirib.

“Vaşinqton administrasiyası nəzarətindəki terrorçu qruplarla Fəratın şərqində ayrı bir dövlət qurmaq üçün hərəkətə keçib. Amma ABŞ və onun müttəfiqlərinin regionda təsiri güclü deyil. Region xalqı Pentaqonun planlarının həyata keçməsinə icazə verməyəcək”, – o deyib. Tehranın Suriyanın ərazi bütövlüyünün tərəfdarı olduğunu vurğulayan Əli Əkbər Vilayəti ABŞ-ın Suriyanın bölünməsi planında tək olmadığını bildirib: “ABŞ-ın ssenariləri bitmir. İsrail və Səudiyyə Ərəbistanı da bölünmüş Suriya layihəsini dəstəkləyirlər “.

İranın rəsmi “Tasnim” agentliyinin analitik yazısında isə “Türkiyə Afrində əslində İsrail ilə döyüşür” ifadəsi yer alıb. // mediazona.az

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here