Türkiyə Almaniyaya nota verdi

Bizimsesimiz.info // 15 iyuldakı çevriliş cəhdində Fətullahçı Terror Təşkilatı Paralel Dövlət İdarəçiliyinin (FETÖ/PDY) dırnaqarası hava qüvvələri imamı fərari Adil Öksüzün Almaniyada olduğuna dair xəbərlərin yayılması qarşısında Türkiyə Almaniyaya nota verərək, xəbərlərin doğruluğunun araşdırılmasını və Öksüzün ölkədə olduğunun təsdiqlənməsi halında yaxalanaraq Türkiyəyə verilməsini istədi.

Xarici işlər naziri Mövlud Çavuşoğlu FETÖ fərarisi Adil Öksüzün Almaniyada olduğuna dair, hətta harda yaşadığına dair bəzi xəbərlərin yayılmağa başladığını, Xarici İşlər Nazirliyi olaraq Almaniyaya rəsmi nota verildiyini bildirdi.

Nazir notada Adil Öksüzün 15 iyul 2016-cı ildəki çevriliş cəhdinin kilid isimlərindən olduğuna işarə edildiyini, fərari günahkarın Almaniyada olduğunun müəyyən edilməsi halında  yaxalanaraq günahkarların geri qaytarılması sazişinə görə Türkiyəyə verilməsinin istəndiyini qeyd edib.

Almaniya Xarici İşlər Nazirliyi mənbələri Öksüzün ölkədə olduğuna dair əllərində hər hansı məlumatın olmadığını ifadə etdi, ancaq bununla bağlı bəyanatlar Türkiyəni qane etmir. Keçən həftə Türkiyədə KİV-də yer tutan xəbərlərdə Almaniyada Türk vətəndaşlarının Adil Öksüzü Frankfurt və Ulm şəhərlərində gördükləri, Öksüzə Almaniyanın Baden-Württemberg əyalətində müvəqqədi yaşama sənədi verildiyi iddia edilmişdi. Daha əvvəl Almaniyada KİV-də yer tutan xəbərlərdə 15 iyul çevriliş cəhdindən sonra 4 minə yaxın FETÖ üzvünün Almaniyaya getdiyi bildirilmişdi.

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.