Türkiyə Almaniyaya nota verdi
Türkiyənin Berlin Səfirliyi Almaniyadakı Federal Baş Nazirin binası qarşısında Phlipp Ruch adlı ifaçı tərəfindən aparılan provokatif aksiyaya reaksiya verərək təcili kodlu bir notanı Alman Xarici İşlər Nazirliyinə çatdırıb.
Bizimsesimiz.info Moderator.az saytına istinadən xəbər verir ki, Almaniya Federal Baş Nazirin binası qarşısında dünən bir avtomobilin üzərində Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, Rusiya prezidenti Vladimir Putin və Səudiyyə Ərəbistanı Kralı Selman bin Abdülazizin rəsmlərinin və “Bu avtomobili əldə etmək istəyirsənmi? O zaman diktatura öldür” yazılmış plakat yerləşdrililməsinə görə Berlin Səfirliyi Alman Xarici İşlər Nazirliyinə təcili notaı göndərərək, reaksiyasını bildirib.
“Siyasi Gözəllik Mərkəzi” adlı təşkilatın keçirdiyi bu aksiya haqda səfirlikdən verilən açıqlamada bu ifadələrə yer verilib:
“3 iyul 2017-ci il, bazar ertəsi günü Almaniya Federal Baş Nazirliyinin binası qarşısında podiuma çıxarılan avtomobilin önünə açılan və cənab Prezidentimiz Rəcəb Tayyib Ərdoğanın da şəklinin olduğu “Bu avtomobili əldə etmək istəyirsinizmi? O zaman diktatura öldür” yazılı bir plakat açılıb. Federal Baş Nazirin qarşısında və təhlükəsizlik güclərinin himayəsində bu cür şiddət məzmunlu bir aksiyaya izn verilməsi başa düşülən və qəbul ediliən vəziyyət deyil. Cəmiyyətlərin sülhü və birgə dəyərləri qorunması lazım olan həssas bir dövrdə nifrətə və şiddətə təşviq etməyə uyğun bu cür hərəkətlərin sülhə xidmət etməyəcəyi aydındır.
Bu çərçivədə Berlin Səfirliyi olaraq Alman Xarici İşlər Nazirliyinə təcili qeydi ilə yazı göndərərək, bu cür şiddət məzmunlu aktların qəbul edilməz olduğunu və dərin narahatlığımızı bildirilir”.
Qeyd edək ki, “Siyasi Gözəllik Mərkəzinə” bağlı çalışan Philipp Ruch daha əvvəl də buna bənzər bir çox provokatif aksiya keçirib.
When all significant variables in the univariate models were entered into a multivariate model, the ORs were little changed for treatment, age groups, and region Table 2 tadalafil generic vs cialis