Türkiyə Atatürkə görə NATO təlimlərindən 40 hərbçisini geri çağırdı

Bizimsesimiz.info // Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Norvecdə keçirilən NATO təlimlərindən 40 hərbçinin geri çağırıldığını bildirib.

Buna səbəb isə düşmənlərin şəkilləri olan stend olub.

“Onlar düşmənlərin əks olunduğu stend qoyublar oradada Atatürk əks olunub”, – deyə Ərdoğan iktidar partiya üzvlərinin region rəhbərləri ilə görüşündə bəyan edib.

Rəcəb Tayib Ərdoğan bildirib ki, təlimdən 40 hərbçinin geri çağırılması qərarını Baş Qərargah rəisi verib və bunu biləndən sonra o da bu addımı dəstəkləyib.

Türkiyə prezidenti stend götürülsə də fikirlərini dəyişməyəcəklərini bildirib.

Xatırladaq ki, noyabrın 1-18 arası Norvecdə NATO təlimləri keçirilir.

Qeyd edək ki, Türkiyə 1952-ci ildən NATO alyansının üzvüdür. //eastnews.org

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.