Türkiyə baş naziri ilə ABŞ-ın vitse-prezidenti arasında görüş təxirə salınıb

Bizimsesimiz.info  // Türkiyənin baş naziri Binəli Yıldırımın ABŞ-ın vitse-prezidenti Mayk Penslə görüşü təxirə salınıb.

SalamNews  “Haberler”ə istinadən xəbər verir ki, görüş noyabrın 9-a keçirilib.

Görüşdə əsasən viza böhranın müzakirə edilməsi gözlənilir.

Qeyd edək ki, Türkiyənin baş naziri B.Yıldırım bu gün ABŞ-a rəsmi səfərə gedib. Pens və Yıldırım arasındakı görüş bu günə təyin edilmişdi. Ancaq Pensin anidən Texasa getməsi görüş gününün dəyişdirilməsinə səbəb olub.

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.