Bizimsesimiz.info // Xarici İşlər Nazirliyi iyulun 4-də Ermənistan silahlı qüvvələri tərəfindən Füzuli rayonunun Alxanlı kəndi 82 və 120 millimetrlik minaatanlardan və dəzgahlı qumbaraatanlardan atəşə tutulması nəticəsində iki nəfərin həlak olması, bir nəfərin yaralanması hadisəsi ilə bağlı bəyanat yayıb.

Bəyanatda deyilir: “Bu mənfur hadisə, Azərbaycan torpaqlarının beşdə birini işğal altında saxlayan Ermənistanın sərhəd bölgələrində ağır silahlarla təxribat törətməsi beynəlxalq hüquqa və insani dəyərlərə ziddir. Bu, özünü xüsusi ilə qadın və uşaqları hədəfə almaqla aşkarcasına göstərib. Ermənistan qəsdən sistemli şəkildə belə bir siyasət yürüdərək, Dağlıq Qarabağ münaqişəsinin dinc yolla həllinə böyük maneə yaradır. Ermənistan silahlı qüvvələrinin işğal edilmiş Azərbaycan ərazilərində qeyri-qanuni mövcudluğu münaqişə zonasında gərginliyin və insidentlərin yaranmasının əsas səbəbidir və münaqişənin siyasi həllinə başlıca maneədir. Ermənistanın siyasi-hərbi rəhbərliyinin ATƏT-in Minsk Qrupunun həmsədrlərinin və beynəlxalq təşkilatların münaqişənin həlli üçün substantiv danışıqlara çağırışlarına mülki şəxslərin qəddar şəkildə öldürülməsi ilə cavabı bir daha onu sübut edir ki, həmsədrlər beynəlxalq hüququn norma və prinsipləri və beynəlxalq təşkilatların qərar və qətnamələrinə uyğun olaraq Ermənistandan öz qoşunlarının tezliklə Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılması və işğala əsaslanan status kvonun dəyişdirilməsini tələb etməlidirlər. Türkiyə Dağlıq Qarabağ münaqişəsinin həlli üçün yaradılan ATƏT-in Minsk Qrupunun üzvü olaraq, münaqişənin Azərbaycanın ərazi bütövlüyü və suverenliyi çərçivəsində ədalətli, davamlı həll olunması istiqamətində səyləri dəstələyəcək”.

“Ermənistanın törətdiyi bu hadisəni şiddətlə qınayırıq. Bu xain hücumda həyatlarını itirən azərbaycanlı qardaşlarımıza Allahdan rəhmət, ailələrinə və bütün Azərbaycan xalqına başsağlığı, atəş nəticəsində yaralanmış azərbaycanlıya şəfalar diləyirik”,deyə bəyanatda vurğulanıb.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here