Türkiyə Fələstinin milli razılıq prosesini dəstəkləyir

Bizimsesimiz.info // Türkiyə Xarici İşlən Nazirliyi Orta Şərqdə davamlı sülh və sabitliyin təmin olunması üçün razılıq prosesinin nəticələndirilməsi istiqamətindəki səylərə Türkiyənin dəstəyinin gələcəkdə də davam edəcəyini bildirdi.

Nazirliyin verdiyi açıqlamada fələstinlilər arasında birliyin təmin olunması proseindəki irəliləyişlərin və bu çərçivədə oktyabrın 3-də Fələstin hökumətinin Qəzzada keçirdiyi iclasının məmnuniyyətlə qarşılandığı vurğulandı.

Açıqlamada Türkiyənin iki dövlətli həllin əldə olunması baxımından Fələstinin milli razılıq prosesinin tezliklə nəticələndirilməsinə əhəmiyyət verdiyi bildirildi

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir