“Türkiyə Hələbin qərbində hərbi baza qurur”

Bizimsesimiz.info // Türkiyənin 6-cı Astana danışıqlarının qərarlarını pozaraq, yaxın günlərdə Suriyanın Hələb şəhərinin qərbində hərbi baza qurmaq istədiyi bildirilib.

Bu barədə “Əl-Vətən” qəzeti xəbər verib.

Xəbərə görə, Türkiyə Hələbin qərbində ilk hərbi bazasını açmaq üçün bütün hazırlıqlarını görüb.

Bu arada, suriyalı bir hərbi ekspert Ankara rəhbərliyinin Hələbin qərbində hərbi baza qurmaq cəhdlərini pisləyən açıqlamasında,”Türkiyənin bu təşəbbüsləri bölgədə işğalçılıqdan başqa bir məna ifadə etmir və bu təşəbbüslərlə Afrin bölgəsindəki casusluq fəaliyyətləri dayandırıla bilinməyəcək”, – deyə qeyd edib. //eastnews.org