Türkiyə heç vaxt Avropa İttifaqının üzvü ola bilməyəcək – Avstriya kansleri

Avstriya kansleri Kristian Kern Türkiyənin Avropa İttifaqına daxil olmasını istisna edib.

Bu barədə bizimsesimiz.info SalamNews-a istinadla xəbər verir.

“Avropa iqtisadi-siyasi səbəblərə görə Türkiyənin daxil olmasını heç zaman həzm edə bilməyəcək.

Brüssel dürüst olaraq Ankaraya söyləməlidir: “Siz, sadəcə olaraq, daxil olmaq üçün namizəd deyilsiniz.”

Türkiyə insan hüquqlarının təmin olunması məsələlərində, praktiki olaraq, bütün qırmızı xətləri keçib.”, – kansler Almaniyanın “Frankfurter Allgemeine Zeitung” qəzetinə müsahibəsində bildirib.

Kern Türkiyə rəhbərliyinin hüquq müdafiəçiləri, jurnalistlər və bəzi parlamentarilərə münasibətdə fəaliyyətini “diktator zorakılıq aktı” adlandırıb.

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir