Türkiyə humanitar yardım fəaliyyətlərinə görə dünyanın ikinci ölkəsi oldu
Bizimsesimiz.info // Suriyada 6-ci ili geridə qoyan vətəndaş müharibəsi milyonlarla insanı yardıma möhtac vəziyyətinə saldı.
Bəşər Əsəd rejimi beynəlxalq təşkilatların ərzaq və tibbi ləvazimat yardımlarının mühasirə altında saxladığı vətəndaşlara çatdırılmasının qarşısını aldığı bir vaxtda ölkədəki 13,5 milyondan çox vətəndaş yardım gözləyir.
Türk təşkilatları demək olar ki, bütün yardım fəaliyyətlərini həyatı risk və ağır şərtlər altında öz üzərinə götürürlər.
3 milyondan çox suriyalının pənah yeri olan Türkiyə müxaliflərin nəzarətindəki ərazilərdə və sərhəd yaxınlığındakı düşərgələrdə yaşayan vətəndaşlara yardım əlini uzadır.
“Qlobal Humanitar Yardım 2017”-nin hesabatına görə, Türkiyə ötən il 6 milyard dollarlıq humanitar yardım həyata keçirərək 6,3 milyard dollarlıq yardım verən Amerika Birləşmiş Ştatlarından sonra ikinci ölkə olub.
Türk təşkilatları arasında Qızılay və İnsan Haqq və Azadlıqları Humanitar Yardım Fondu (İHH) öndə gəlirlər.